Ca. Sen 19th, 2019

Balakəndə gənclər arasında könüllülüyün təşviqi ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının  Prezidenti yanında Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin “Azərbaycan regionlarında gənclər arasında könüllülüyün teşviqi” adlı layihə ilə qalib olmuş “Gənclərin Həmrəyliyi” İB  17-18 yanvarda Balakən rayonunda “Gənclər Evi”ilə birgə layihəni həyata keçirib.
Layihədə 35 nəfər olmaqla rayon və kənd gəncləri iştirak edirdi. Layihədə gənclərin könüllülük fəaliyyətinə göstərdikləri marağ və interaktiv telim onların cəmiyyətdə,şəxsi həyatda,iş dunyasında könüllülüyün əhəmiyətini bir daha vurğuladı.Könüllülük fəaliyyəti uğurlu gələcəyə gedən yolun başlanğıcıdır şuarı ilə səmərəli tədbir keçirildi.
Könüllüıüklə bağlı gənclər qruplarda öz teqdimatlarını etdilər və cəmiyyətin ictimai-sosial həyatında hansı sahənin daha önəmli oıduğunu müdafiə edərək qruplar arasında yarış təşkil olundu.
Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olundu.

Paylaş: