Ca. Sen 19th, 2019

Konqres Trampa NATO-dan çıxmağı qadağan etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın NATO-dan çıxmaqla bağlı addımlarına mane olan qanun qəbul edib.

Turkustan.info yerli KİV-ə istinadən bildirir ki, qanun layihəsi 357 konqresmen tərəfindən dəstəklənib.

Konqres Trampa rəsmi olaraq NATO-dan çıxmağı qadağan edə bilməz, amma bu məsələdə maliyyələşməni dayandıra bilər. Xatırladaq ki, oxşar taktikanı Konqres Quantanamo həbsxanasını bağlamaq istəyən o vaxtkı prezident Barak Obamaya qarşı da tətbiq etmişdi.

Bundan başqa, konqresmenlər NATO üzvlərini ÜDM-in 2 faizini müdafiəyə xərcləməyə çağırıblar.

Qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd Konqresin hər iki palatasında təsdiqlənməli və prezident tərəfindən imzalanmalıdır.  /Virtualaz.org/

Paylaş: