Ca. Sen 19th, 2019

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bərdə rayonunda yanğın olub.

Turkustan.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində baş verib.

Məcburi köçkünlərin məskunlaşdığı bir mərtəbəli binada bir otağın yanar konstruksiyaları 16 m² sahədə və binaya bitişik ümumi sahəsi 44 m² olan qamışdan ibarət tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Binanın və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.   

Paylaş: