Ca. Sen 19th, 2019

Mehman Hüseynov vaxtından əvvəl azadlığa buraxıla bilər – Qərarı Ali Məhkəmə verəcək

“Hazırda Mehman Hüseynovun işi Ali Məhkəmədədir və vaxtından əvvəl şərti azadetmə məsələsinə baxılır”. 

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev Mehman Hüseynov haqqında şərti azadetmə qərarının veriləcəyinə ümid etdiyini deyib: 

“İnanıram ki, məhkəmə onun həbsdə olduğu müddətdə qüsursuz davranışını, eyni zamanda ailə vəziyyətini, atasının yaşlı olmasını və digər amilləri, gənc və təmkini olmasını nəzərə alaraq onun vaxtından əvvəl şərti azad edilməsi haqqında qərar qəbul edəcək. Buna ümid edirəm”. 

Paylaş: