Ca. Sen 19th, 2019

Nərmin Şahmarzadənin məhkəməsində dava düşdü – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Qarabağ döyüşlərində şəhid olmuş Milli qəhrəmanımız Mübariz İbrahimovu təhqir etdiyinə görə məhkəməyə verilən Nərmin Şahmarzadənin məhkəmə prosesi olub. 

Turkustan.info məlumatına görə, məhkəmə iclası insidentsiz ötüşməyib. 

İclasda iştirak edən Qarabağ qaziləri məhkəməyə etiraz ediblər. 

Onlar Nərminə cəza verilməsini tələb edərək, onun “mən erməniləri özümə düşmən bilmirəm” deməyinə narazılıqlarını bildiriblər.

/Oxu.Az/

Paylaş: