Ca. Sen 19th, 2019

Paşinyan-Əliyev görüşünün pərdəarxası: “Bəhanə axtarırdı…” – Erməni mənbələri

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün bəhanə axtarırdı.

Turkustan.info xəbər verir ki, bunu Ermənistanın Milli Gündəm Partiyasının rəhbəri Avetik Çələbyan deyib.

Onun sözlərinə görə, Paşinyanın Azərbaycan başçısı ilə görüşmək istəyi Ermənistanda maraq doğurub: “Paşinyan bu görüş barədə cəmiyyəti maraqlandıran suallara cavab verməlidir. O, İlham Əliyevlə niyə görüşmək istəyirdi? Bu, gözlənilməz görüş oldu.

Davosda baş tutan görüş saatyarım davam etdi. Əlbəttə, bundan bir gün əvvəl o, İlham Əliyevlə görüşmək üçün qeyri-rəsmi bəhanə axtarırdı”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərləri dünən Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib.  /Teleqraf.com/

Paylaş: