Ca. Sen 19th, 2019

Putin Paşinyanla görüşdən imtina etdi

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşü Kreml tərəfindən tərtib edilmiş proqrama daxil edilməyib.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, bu barədə məsələ Putinlə razılaşdırılmayıb:

“Məlumdur ki, tez-tez telefonla danışırlar, çox az görüşürlər. Lakin səfər tarixinə qədər planın dəyişib-dəyişməyəcəyini də bilmirəm”.

Qeyd edək ki, Ermənistan baş naziri yanvarın 24-25 tarixlərində Moskvada səfərdə olacaq.  /Teleqraf.com/

Paylaş: