Ca. Noy 21st, 2019

25 il öncə Elçibəyin qərarı ilə qurulan təşkilat fəaliyyətə başladı

“Dünya Türklərinin İttifaqı” fəaliyyətə başladığını elan edib. Bu məqsədlə qurum bəyanat yayıb. Bəyanatda deyilir: 

Türk dünyasının düşürüldüyü və düşdüyü bugünkü durumu nəzərə alaraq böhrandan çıxmaq və bütün Dünya Türklərinin birgə fəaliyyətini əlaqələndirmək, Türk dünyasını günün tələblərinə uyğun şəkildə qurmaq üçün daha sistemli bir Təşkilata ehtiyac duyulduğunu nəzərə alaraq Əbülfəz Elçibəy tərəfindən 27 ocaq (27 yanvar) 1994-cü ildə yaradılmış “Dünya Türklərinin İttifaqı” (DTİ) Azərbaycan Baş Ofisinin fəaliyyətə başladığını elan edir.

 Ünvan: Azərbaycan Respublikası Bakı şəhəri

 Tarix: 27/01/2019

Paylaş: