Ca. Noy 21st, 2019

Britaniyada hərbi vəziyyət elan ediləcək: Breksit gərginliyi

Böyük Britaniya ölkədə Breksitin sərt versiyası (AB ilə müqavilə olmadan) baş verəcəyi halda bir sıra tədbirlərin görülməsini nəzərdən keçirir.

Turkustan.info xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Məlumata görə, Britaniya hökuməti müqavilə olmadan AB-dən çıxacağı halda kütləvi etirazların yaşanması və bir sıra məhsulların çatdırılmasında problem yaşanmasından narahatdır. Vəziyyətin kəskinləşəcəyi təqdirdə Britaniyada fövqəladə vəziyyətin, hətta hərbi vəziyyətin elan olunması variantları da nəzərdən keçirilib.

Ölkədə sərt Breksitin yaşanacağı halda isə ərzaq və yanacaq məhsullarının çatışmazlığından qorxan hökumət Kipr, Folklend adaları və Cəbəllütariqdəki hərbi bazalarına ehtiyat sursat və məhsullar göndərib.  /Axar.az/ 

Paylaş: