Ca. Noy 21st, 2019

Bu meyvə Azərbaycanda yetişdiriləcək – Cəmi 4 ölkədə bitir

Lənkəranda 100 hektardan artıq sahədə nadir sitrus bitkisi olan hallabonq əkilib.

Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, meyvənin yığım vaxtı digər sitrus bitkilərindən fərqlənir: “Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, hallabonq meyvəsinin yığımına dekabrın 25-dən sonra başlanır və yığım 1 ay davam edir. 2016-cı ildə 15 hektar ərazidən 10-12 ton məhsul yığılmışdı. 2017-ci ildə isə əlavə olaraq 18,7 hektar, digər sahədə isə 15,3 hektar hallabonq əkilib. Bu il isə həm sahə çoxdur, həm də məhsuldarlıq”.

Gələcəkdə hallabonq sahəsinin artırılması planlaşdırılır.

 

Paylaş: