25 May 2020 18:27

Qənirə Paşayeva Cuqoşvili ilə görüşdü: Türklərin geri qayıtması üçün…

Millət vəkili Qənirə Paşayeva Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyəddin İsmixanoğlu Kassanov ilə görüşüb.

Turkustan.info xəbər verir ki, görüşdə Axıska türklərinin öz vətənlərinə dönmələri ətrafında geniş müzakirələr aparılıb.

Görüşdə problemə AŞPA səviyyəsində reaksiya, Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılıb, Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb.

Görüşdə həmçinin Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı da maraqlı müzakirələr aparılıb.

Q.Paşayeva Axıska türklərinin mübarizəsini yaxından izlədiyini, çox çətinliklə də olsa, əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib.

Axıska türklərinin təmsilçiləri onlara göstərdiyi dəstəyə görə Qənirə Paşayevaya təşəkkür ediblər və ondan bu istiqamətdə səylərini daha da artırmağı xahiş ediblər.

Deputat isə hər zaman Axıska türklərinin yanında olduğunu deyib.

DATÜB Baş katibi və təşkilatın fəalları Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin təbliği istiqamətində səylərini bundan sonra artıracaqlarını bildiriblər.

DATÜB Baş katibi və Qənirə Paşayeva daha sonra Gürcüstanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Tamar Çuqoşvili və Avropa Şurasındakı daimi nümayəndəsi İrakli Giviaşvili ilə görüşüblər.

Görüşdə Axıska türklərinin öz yurdlarına dönməsi və bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələlər xüsusi diqqət mərkəzində olub.

/axar.az/

Paylaş:

mersin escort bayan mersin escort