C. Sen 20th, 2019

Novxanıdakı yürüşlə bağlı rəsmi məlumat

Abşeron Rayon Polis İdarəsi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Novxanı kəndində təşkil olunan yürüşlə bağlı açıqlama yayıb.

“Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 – ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər”.

Turkustan.info bildirir ki, Abşeron Rayon Polis İdarəsindən Modern.aza verilən açıqlamada belə deyilib.Rəsmi məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək, ictimai asayişi pozmağa cəhd ediblər.

Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Paylaş: