C. Sen 20th, 2019

Özbəkistan nümayəndə heyəti TÜRKSOY-da

Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Ozodbek Nazarbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada TÜRKSOY-un qərargahında olub.

Görüşdə təşkilatın fəaliyyət istiqamətləri və Özbəkistana dair tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov və nazir müavini Ozodbek Nazarbekov əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı mülahizələrini bölüşüblər. Qeyd olunub ki, Özbəkistan TÜRKSOY çərçivəsində fəallığı ilə seçilib. Türk dünyasının ortaq mədəniyyətini təbliğ edən TÜRKSOY bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək.

Paylaş: