C. Sen 20th, 2019

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxması ilə bağlı yayılan xəbərlər yalandır.

Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ölkəmizdə donuz qripi aşkar olunmayıb:

“Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümunə göndərilməyib. ÜST hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb, bizə məlum deyil. Onlara sorğu da göndərmişik, amma cavab verməyiblər”.

Qeyd edək ki, medicina.az saytı ÜST Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosunun Azərbaycanda 2019-cu ilin yanvar ayının ilk 3 həftəsi ərzində laborator yoxlamalar zamanı 82 nümunədən 42-də müsbət nəticə əldə etməsi və 16 halda А/H1N1 virusunun üzə çıxması barədə məlumat yayıb. Aşkarlanan virusların 5-nin А/H3, 22-nin A virusu olduğu bildirilir.

Paylaş: