29 Oktyabr 2020 05:09

İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.info sərəncamın mətnini təqdim edir:

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Cabbarov Azad Vaqif oğlu

“Tərəqqi” medalı ilə

Əsgərli Asif Məmməd oğlu

Qədirov Vüqar Kərim oğlu

Orucov İlqar Nəcibəddin oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

İskəndərov Vüqar Yapon oğlu

Quliyev Rüfət Mətləb oğlu

Nəcəfli Kamal Məmməd oğlu.

**

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2019-cu il Gənclər üçün Prezident mükafatları verilsin:

Hacızadə Hüseynxan Saleh oğlu

Həsənov Masər Fuad oğlu

Rəcəbli Sara Rauf qızı

Mehmandarov Mustafa Adil oğlu

Mirzəmmədova Nigar Mübariz qızı

Şahverənov Allahverdi Umud oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 (on dörd milyon iki yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, №3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. üçüncü abzasda “76-cı maddəsinin dördüncü hissəsində” sözləri “76-cı maddəsinin doqquzuncu hissəsində” sözləri ilə əvəz edilsin;

2. dördüncü abzasda “74-cü maddəsinin altıncı hissəsində” sözləri “, 74-cü maddəsinin yeddinci hissəsində və 76-cı maddəsinin altıncı hissəsində” sözləri ilə əvəz edilsin;

3. aşağıdakı məzmunda on doqquzuncu və iyirminci abzaslar əlavə edilsin:

“həmin Qanunun 79-cu maddəsində (birinci və ikinci hallarda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi nəzərdə tutulur;

həmin Qanunun 79-cu maddəsində (üçüncü halda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemi nəzərdə tutulur”.  /Axar.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri