29 Oktyabr 2020 17:12

“Reytinq” qəzeti də fəaliyyətini dayandırdı – KİVDF-nin pulundan imtina edib

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzetlərin maliyyələşdirilməsi ilə bağlı qaydaları sərtləşdirib. 
Bu qərardan sonra həftəlik “Reytinq” qəzeti də fəaliyyətini dayandırıb. 
Turkustan.info “Yeni Sabah”-a istinadən xəbər verir ki, “Reytinq”in KİVDF ilə müqaviləsinə əsasən fevral-mart aylarında çap olunmaq imkanı olsa da, redaksiya iki ayın maliyyəsindən (üç min manat) imtina etmək qərarı verib. 
Qəzetin baş redaktoru Afiq Mirzəbəyli bunu tədiqləyib. Bildirib ki, hazırkı şərtlər çərçivəsində qəzetin fəaliyyətini davam etdirmək mənasızdır. O, “Reytinq”in onlayn fəaliyyətini gücləndirəcəklərini bildirib. Baş redaktor deyib ki, bəzi mütəxəssislərlə Reyting.az saytının yenidən qurulması və saytın onlayn medianın daha müasir tələblərinə cavab verməsi üçün danışıqlar aparır.
“Reytinq” qəzeti redaksiyasının məhdud sayda kollektivinə gəlincə, A. Mirzəbəyli bildirib ki, sayt çərçivəsində əvvəlki əməkdaşlarla işə davam edəcəklər. Amma müəyyən müddətdən sonra Reyting.az saytında rus və ingilis dillərində bölmələr yaradılacağı üçün kollektivə yeni şəxslər də cəlb olunacaq.
Baş redaktor sonda “Reytinq” qəzetinin sadiq oxucularından və artıq 20 ildən çoxdur ki, bu redaksiya ilə əməkdaşlığını dayandırmayan şəxslərdən üzrxahlıq edib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri