28 Oktyabr 2020 13:32

Yazıçılar Birliyinin “Natavan” klubunda sumqayıtlı şairlərin 5-ci almanaxını təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsində yarandığı gündən ədəbiyyatın inkişafına yönələn çoxsaylı layihələrlə yanaşı, Sumqayıtda yaşayıb-yaradan qələm adamlarının şeir və hekayələrindən ibarət almanaxların çapı da ənənəvi hal alıb.
Azərbaycan Yazıçılar Birliyinin “Natavan” klubunda yenicə işiq üzü görən “Bizdən sizə qalan sözdü” adlı sayca beşinci almanaxın təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi söz işığına yığışanları salamlayaraq, bu ənənənin çağdaş ədəbiyyata verdiyi töhfədən və AYB Sumqayıt bölməsinin son illərdə gördüyü işlərdən danışıb. Zamanında Sumqayıtda yaşayan AYB üzvlərinin şeirlərini toplu şəklində çap etmək təşəbbüsünü gerçəkləşdirən mərhum şair Sabir Sarvanın ideyalarının bu gün yeni sədr Gülnarə Cəmaləddin tərəfindən layiqincə davam etdirildiyini vurğulayan AYB-nin katibi almanaxın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Çıxışına böyük mütəfəkkir, dahi şair İmadəddin Nəsiminin “Mərhəba, kamili-insan, canımın cananəsi, Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi?!” misraları ilə başlayan AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin iştirakçıları salamlayaraq, 2019- cu ilin ədəbiyyat ili, söz ili olduğunu vurğulayıb. Bölmənin yaranmasında Xalq yazıçısı Anarın, Xalq şairi Fikrət Qocanın, mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlunun dəstəyindən danışan G.Cəmaləddin ideya müəllifi Sabir Sarvan olan bu layihənin bundan sonra da davam etdiriləcəyini bildirib. O, hazırda bölmədə görülən işlərdən də ətraflı söz açıb.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Dünya Gənc Türk Yazarlar” birliyinin rəhbəri Əkbər Qoşalı, “Ulduz” jurnalının redaktoru Qulu Ağsəs, AZƏRTAC-ın müxbiri, Əməkdar mədəniyyət işçisi Ətrabə Rzayeva, ,Poeziya bölməsinin rəhbəri Fərqanə Mehdiyeva, Filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Sumqayıtın qələm adamlarından Əvəz Mahmud Lələdağ, Zirəddin Qafarlı, Mövlam Hüseynli, Ədalət Nicat, Mədaxil Cavadlı, Əli Nəcəfxanlı, Xan Rəsuloğlu, Zakir Zahir, Ələsgər Həsənli, Varis, Hafiz İmamnəzərli, Müqəddəs Şahbazov, Mənsurə Eldarqızı, Güloğlan Dünya, Məryəm Aslanqızı, Rəfiqə Şəms, Arzu Göytürk, Şəhla Vahid, Nazir Rüstəm, Rəfail Laçınlı, Nisə Qədirova, Kəramət Əmirli, İlqar Həbibi, S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, Sumqayıt Dövlət Dram teatrının Mətbuat xidmətinin rəhbəri Leyla Eynullayeva çıxış etdilər, şeirlər söylədilər
Sonda Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarına və tədbirin keçirilməsində ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri