27 Oktyabr 2020 22:20

Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə sərhədləri açır

Gürcüstan Rusiya ilə ticarət və yüklərin tranziti haqqında saziş çərçivəsində Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük nəzarəti məntəqələri açmağa hazırdır. 

“Kommersant”ın yazdığına görə, bunu Rusiya hökumətindəki mənbə bildirib. 

“Əslində, sazişin şərtləri Gürcüstanı vadar edir ki, Abxaziyanı və Cənubi Osetiyanı müstəqil gömrük əraziləri kimi tanısın”, – nəşrin həmsöhbəti deyib. 

Mənbənin sözlərinə əsasən, müqavilənin əsas məğzi ondan ibarətdir ki, 2008-ci ildən sonra “Gürcüstanın yeni gömrük sərhədləri çəkilib”. Tiflisidə buna belə baxış bucağından baxmağı qəbul etmirlər. 

“Siyasi debatlara daxil olmuruq və bacardıqca kəskin mövzulardan çəkinirik. Anlayırıq ki, sazişin dəyəri onun neytral statusundadır”, – Rusiya ilə münasibətlər üzrə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib. 

Gürcüstanla Rusiya arasında ikisinin sözügedən ərazilərdən keçdiyi üç ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan saziş 2011-ci ildən hazırlanırdı. Eyni zamanda sənəd sərt şəkildə yalnız mal axınının monitorinqi üzrə öhdəlikləri tənzimləyir və dəhlizlərin avtomatik açılmasını ehtiva etmir. 

Yüklərin monitorinqi və onların markalanması ilə İsveçrənin “Societe Generale de Surveillance” (SGS) şirkəti məşğul olacaq. Əvvəlcədən hər iki tərəf inadla Abxaziya və Cənubi Osetiyanın qanuni şəkildə təsbit edilmiş statusunun əks olunmasına çalışırdı: Rusiyada bu ərazilər müstəqil, Gürcüstanda isə Rusiya tərəfindən işğal edilmiş hesab olunur. Lakin nəticədə, bu maddə sazişə daxil edilmədi. 

Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş beşgünlük müharibədən sonra RF-in o vaxtkı prezidenti Dmitri Medvedev Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərinin Rusiya tərəfindən tanınması haqqında fərman imzalamışdı. Öz növbəsində, Gürcüstan həmin ərazilərin Rusiya tərəfindən işğal edildiyini bildirir.   (Virtualaz.org)

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri