01 İyun 2020 03:57

Mənzil qiymətlərində ucuzlaşma baş verdi

Ümumən daşınmaz əmlak bazarında qiymətlərdə yanvar ayı ərzində 1 faiz azalma olub.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.

“Ümumən daşınmaz əmlak bazarında qiymətlərdə yanvar ayı ərzində 1 faiz azalma olub. Ancaq ötən ilin yanvarı ilə müqayisədə 5,87 faiz artım olub. O cümlədən təkrar mənzil bazarında yanvarda 0,1 faiz azalma, ötən ilin yanvarı ilə müqayisədə isə 6,41 faiz artım olub. İlkin mənzil bazarında da oxşar vəziyyət yaşanıb. Belə ki, yanvar ayı ərzində 1,27 faiz azalma, il ərzində isə 9,3 faiz artım qeydə alınıb”, – ekspert 2019-cu ilin yanvar ayının yekunları üzrə daşınmaz əmlak bazarındakı ümumi vəziyyəti dəyərləndirərkən deyib.

N.İbrahimov torpaq bazarında baş verən dəyişiklikləri də açıqlayıb:

“Torpaq bazarında yanvar ayı ərzində 1,47 faiz azalma, il ərzində 5,03 faiz artım qeydə alınıb. Kommersiya obyektləri bazarında ay ərzində 0,47 faiz artım, il ərzində 6.76 faiz azalma olub. Həyət və bağ evlərində isə ay ərzində 1,27 faiz azalma, il ərzində 6,98 faiz artım müşahidə olunub”.

Ekspert həmçinin yanvar ayı üzrə təkrar avtomobil bazarındakı ümumi vəziyyəti də dəyərləndirib:

“İstismarda olan avtomobillərin qiymətində dəyişən struktur ilə 1,5 faiz azalma, stabil struktur ilə 5,4 faiz artım var. O cümlədən kiçik həcmli – mühərriki 2 litrdən az olan avtomobillərdə qiymət artımı 17,73 faiz, mühərriki 2 litrdən çox, 3 litrdən az olan avtomobillərdə 6,53 bahalaşma qeydə alınıb. Mühərriki 3 litrdən yuxarı olan avtomobillərdə isə 5,49 faiz artım var”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri