Şb. Avq 17th, 2019

Sumqayıt Regional Mədəniyyət İdarəsi sosial xidmət müəssisəsində tədbir keçirib – FOTOLAR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubu və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində tədbir keçirilib.

Tədbir Beynəlxalq Nənələr və Babalar Günü münasibətilə keçirilib. “Babam Şirin, nənəm Nabat, qonaq gəlib, noğul nəvən” adlı tədbirin keçirilməsində məqsəd yaşlı nəslin çəkdiyi əziyyəti qiymətləndirmək, onların diqqətdən kənarda qalmadığını göstərmək, eyni zamanda uşaqlara gələcəkdə də bu hörməti qoruyub saxlamağı aşılamaqdır.

Tədbirdə S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin nəznində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya Teatrının üzvlərinin ifasında Əhməd Cəmilin “Can nənə bir nağıl de” və Anarın “Sayların sərgüzəşti” adlı şeirləri əsasında hazırlanmış səhnəciklər nümayiş olunub, şeirlər dinlənilib.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin müdiri Yeganə Hüseynova, AYB Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, yazıçı Hafiz İmamnəzərli, AMHİ Sumqayıt Komitəsinin sədri Şahin Şəfiyev çıxış edərək yaşlı nəslin nümayəndələrini təbrik edib, xoş arzularını çatdırıblar.

Sonra 4 saylı Diyarşünaslıq klubunun “Xəmsə” instrumental ansamblının ifasında instrumental musiqilər, gənc solistlər Bəbir Məmmədov, Sabir Məmmədzadə, Elməddin Eyyubovun ifasında şən mahnılar ifa ediblər.

Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə hədiyyələr təqdim olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsi sosial xidmət müəssisəsində tədbir keçirib -FOTOLAR

Paylaş: