Şb. Avq 17th, 2019

Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı

Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri yayılıb.

Turkustan.info bildirir ki, Gəncə Beynəlxalq Xəstəxanasından Modern.az-a verilən məlumata görə, məlumat yalandır.

Eyni zamanda bildirilib ki, fevralın 8-də xəstəxanada Məmmədov soyadlı başqa xəstə dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 2000-ci il fevralın 11-də Heydər Əliyevin fərmanı ilə vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə isə vəzifəsindən azad edilib.

Paylaş: