Bz. Avq 18th, 2019

Ermənistan Qarabağ danışıqlarından nə istədiyini açıqladı

Yaxın vaxtlarda XİN rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ən yüksək səviyyədə danışıqlar məsələsinə aydınlıq gətiriləcək

 Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sənədə dair Ermənistan və Azərbaycan liderləri arasında heç bir razılaşma yoxdur. Turkustan.info bildirirki, bunu Sputnik Ermənistan radiosuna müsahibəsində Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bildirib.

Erməni mətbuatı yazır ki, son zamanlar KİV-də Qarabağ üzrə sənədin razılaşdırılması, hazırlanması, imzalanması, həmçinin Ermənistan və Azərbaycan liderlərinin rəsmi görüşünün təşkilinə dair hazırlıqla bağlı şayiələr gəzir. Bu məqsədlə hətta hər iki ölkənin cəmiyyətinin sülhə hazırlanmasına dair bəyanatlar səsləndirilir.

Bu arada Karapetyan onda tərəflərin liderlər səviyyəsində görüşü razılaşadırılmasına dair məlumatın olmadığını bildirib.

“Hesab edirəm ki, yaxın vaxtlarda XİN rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ən yüksək səviyyədə danışıqlar məsələsinə aydınlıq gətiriləcək” – deyə Karapetyan qeyd edib.

Qeyd edək ki, yanvarın 16-da Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş olub. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

 

Paylaş: