Şb. Avq 17th, 2019

İcra başçısı təyin edilən gənc – Tərcümeyi-hal

5 fevral tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elşən Rövşən oğlu Salahovun tərcümeyi-halı məlum olub.

Turkustan.info xəbər verir ki, Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri 237 saylı orta məktəbi, 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universtetini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlayıb, Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsində baş məsləhətçi, Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsində sektor müdiri, 2009-cu ildə “Bank Standart” Kommersiya Bankının “Mərdəkan” filialının direktoru, 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri, 2018-ci ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrində çalışıb.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir 2 övladı var.

Xatırladaq ki, Elşən Salahovun atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur.  /Axar.az/

Paylaş: