C. Dek 13th, 2019

Ərdoğandan Şəmistan Əlizamanlıya jest – VİDEO

Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifa etdiyi “Bismillah” mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə AKP-nin seçki mahnısı olaraq qəbul edilib. Turkustan.info xəbər verir ki, Şəmistan Əlizamanlının “Diriliş Ertuğrul” serialında məharətlə ifa etdiyi “Zəfər bismillah” mahnısı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki musiqisi seçilib.

Qaziler.az-ın məlumatına görə, musiqini Türkiyə prezidenti və partiyanın lideri Rəcəb Tayyib Ərdoğan şəxsən özü seçib.

Paylaş: