Ça. Okt 22nd, 2019

İran inqilabını sonuncu dəfə qeyd etdi – Netanyahu

İsrail İranın Təl-Əviv və Hayfanı dağıdacağı ilə bağlı təhdidlərindən qorxmur.

Turkustan.info xəbər verir ki, bu bəyanatı İsrail Baş naziri Benyamin Netanyahu yayıb.

“Mən İran rejimi tərəfindən təhdidləri nəzərə alıram, amma onlar məni qorxuda bilməzlər. Əgər bu rejim dəhşətli səhvə yol verib, Təl-Əvivlə Hayfanı dağıtmağa cəhd etsə, hədəfinə nail ola bilməyəcək. Üstəlik, bu onların qeyd etdiyi inqilabın son ilidir və onlar bunu nəzərə almalıdırlar”, – deyə o bildirib.  /Axar.az/ 

Paylaş: