Bz. Avq 18th, 2019

Məhkəmələrdə dollar kreditləri ilə bağlı 200 minə yaxın iş var – Vahid Əhmədov

Deputat Vahid Əhmədov Milli Məclisin iclasında problemli kreditlərlə bağlı məsələ qaldırıb.

Turkustan.info-nunməlumatına görə, o bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır:

“İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın”-deyə V.Əhmədov söyləyib.

O bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var.

V.Əhmədov xatırladıb ki, dollar krediti ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: “Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.  /Modern.az/

Paylaş: