Bz. Avq 18th, 2019

Qənirə Paşayeva sakinlərlə görüşdü: Araşdıracağıq…

Millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində sakinlərlə görüş keçirib.

Turkustan.info xəbər verir ki, deputat görüşdə sakinlərin müraciətlərini dinləyib və onların həlli istiqamətində müvafiq qurumlara müraciət edib.

Bir çox xəstələri ziyarət edən millət vəkili onların bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Tovuz Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Q.Paşayeva həmçinin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb.

Millət vəkili vətəndaşların hər birini ayrı-ayrılıqda dinləyərək, onları narahat edən problemlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Deputat seçiciləri ilə görüşdə Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb və seçicilərini narahat edən məsələlərin araşdırılacağını bildirib.

Paylaş: