Şb. Sen 21st, 2019

Türkiyə milli pilotsuz uçuş aparatını təqdim edəcək – VİDEO

Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyəti ANKA pilotsuz uçuş aparatı layihəsini tamamlayıb.

Bu barədə Haberturk.com məlumat yayıb.

ANKA-nın son sınaqları həyata keçirilir və aparat martda Türkiyədə təqdim ediləcək.

Aparat kəşfiyyat, müşahidə və döyüş vəzifələrini həyata keçirəcək. 750 kiloqramdan artıq yük daşıya bilən PUA 6100-7600 metr məsafəni qət edə və 24 saat havada qala bilir.

ANKA pilotsuz uçuş aparatı Türkiyənin milli imkanları hesabına hazırladığı “PD 170” tipli iki motorla təchiz edilib.

Elektro-optik və geniş müşahidə kameraları, rabitə kəşfiyyat sensorları kimi yükləri müxtəlif kombinasiyaları daşımaq imkanlarına sahib olan aparat TÜRKSAT peyki üzərindən nəzarət vasitəsilə genişmiqyaslı əməliyyatlarda istifadə ediləcək.

/oxu.az/

Paylaş: