31 Oktyabr 2020 17:32

Müəllimim Akif Aşırlı

“Müəllim” deyə xitab etdiyim çox adamlar var. Hamısı da yaxşı adamlardı. Məni tanıyanlar bilir heç kimə məcburam diyə üzgörənlik etmirəm. Kimi isə özümə böyük ya da dost sayıramsa o adam mənim şəxsiyyətimə hörmət edən adamdı. Və beləcə qarşılıqlı hörmətlə salam verib, salam alıram “müəllim” dediyim kəslərdən. Həm də illərdi ki, həyatım bu meydanda beləcə davam edir. Məktəb illərindən mətbuatda çıxışlar etməyimə baxmayaraq, yazarların içində olmağıma baxmayaraq mən bu meydana ilk addımlarımı peşəkar olaraq tələbəlik illərindən atmışam. Yəni özüm belə hesab edirəm. Məncə bu hesabımda da yanılmıram. Mən jurnalistika fakültəsində sözün əsil mənasında peşəkarlardan dərs almışam. Uşaqlıqdan özümü jurnalist hesab etdiyimdən o peşəkarları auditoriyada görəndə sanki PEYĞƏNBƏRimi gördüm kimi sevinmişəm. Tələbəlik günlərimdən birində auditoriyamızın qapısını ən çox oxuduğum qəzetin baş redaktoru açdı. Bu qəzetin mən məktəb illərindən (anamın adına idi abunəlik)  abunəsi idim. Bu qəzet mənə əvvəl adına görə sonra isə içindəki yazılara görə doğma idi. Tələbə yoldaşlarımın əksəriyyəti Akif müəllimi tanımadı. Biz oxuyan illərdə jurnalistika fakültəsinə qəbiliyyət imtahanı yox idi. Və qəbul olan tələbələrin əksəriyyəti də jurnalistikadan uzaq tələbələr idi. Onların əksəriyyətinin Akif Aşırlını tanımaması bəlkə də təbii hal idi. Mən isə jurnalistika fakültəsinin tələbəsiyəm, mətbuat işçisi olacam deyə özümü dünyanın xoşbəxti sayırdım. Elə bu səbəbdən də Akif müəllim mənim müəllimim stoluna əyləşincə onun kim olduğunu tələbə yoldaşlarıma elan etdim. Təbii ki, bu Akif Aşırlıya xoş gəldi. Üzümə gülümsədi və dedi ki, “Zəhmət olmasa əyləş, səninlə hələ çox söhbət edəcəyik.” O gündən mən Akif Aşırlıya “MÜƏLLİMİM” deməyə başladım. Özüm də bilmədən bütün müəllimlərimə “müəllim” deməyimə baxmayaraq Akif müəllimə “müəllimim” deyə xitab edirdim. Üstündən 14 il ötməsinə baxmayaraq yenə də Akif Aşırlını görəndə ona “müəllimim” deyirəm. Düz 14 ildi mən bu insanı şəxsən tanıyıram 14 ildi ki, bu mediya nəhəngi dəyişilmir. Məqsədi bir, amalı bir, hətta xarici görünüşü də eyni ilə mənim müəllimim qalıb. Bu 14 ildə ən pis və ən yaxşı günümdə ilk qapısını döydüyüm Akif Aşırlı olub. Hər dəfə də “Mən ilk gündə səni auditoriyada görəndə demişdim də qoçaq qızsan” deyib, mənə yol göstərib. Yazımın bu hissəsində, əzizlərimiz, keçirəm müəllimimə xitab etməyə.

Müəllimim, deyirlər 50–ni haqlayırsan. (Əllini rəqəmlə yazıram ki, dəqiq əlli olduğuna özümü də inandırım.)

İlk öncə 50 – illiyin mübarək.

Əlli yaş ömrün ən gözəl çağıdı məncə. Bu vəziyyətdə tələbəniz yenə də sizə bənzəmək istəyir. Övladın “Şərq”-in bir az çətinlikləri var. Nə gözəldi ki, “Şərq”-in dərdini təkcə sən deyil bütün ziyalılar çəkir. Hamımız günlərdi ki, “Şərq” deyirik. Sən sözün əsil mənasında “Şərq” qəzetinlə şərq adamını yetişdirmisənmiş. İlk tanışlığımız günündə mənə, adi bir tələbəyə qəzetində “Qaralama” adlı səhifə ayırdın və dedin: “Şərq sizindi”. Bəli Akif müəllim bu gün “Şərq” bizimdi. Bu gün mən də “Şərq”-i oxu kanpanıuasına qoşuluram. “Şərq”-ə abunə oluram. Buna “Şərq”-in ehtiyacı var deyə etmirəm. Buna mənim ehtiyacım var. İndi internet mediyasına başımız qarışıb və bu bizim həm səhəttimizə həm də mənəviyyatımıza zərbə vurur. Bəlkə də mənim bir xəbər saytının təsisçisi kimi bunu deməyim bir az düzgün qarşılanmayacaq. Amma tam səmimi deyirəm ki, şəxsən mənim qəzet oxumağa ehtiyacım var. Qəzetçilik əziyyətli işdi əziyyətli olduğu kimi də çox şərəfli işdi. Sizi şərəfli iş sahibi kimi növbəti on ilinizdə, yəni 60-ı haqlayanda da təbrik etmək arzuları ilə təbrik edir tələbəniz Günay Novruz

Akif müəllimlə çox şəklimiz var. Bu şəkillərin isə mənim üçün xüsusi anlamı var. Şəkildə müəllimim və müəlimimin müəlliməsi yer alıb.

/vetenim.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri