Bz. Sen 15th, 2019

Qadın və kişilərdə seks hormonlarını artıran meyvə – Min bir faydası var

Freshly squeezed pomegranate juice, selective focus

Meyvələr içərisində ən qüvvətli antioksidant olan narın saymaqla bitməyən faydaları var.

Turkustan.info Teleqraf.com-a istinadən bu möcüzəli meyvənin faydalarını təqdim edir.

Bir orta böyüklükdə nar təxminən 100 kkal-dır və onun tərkibində 25 qram karbohidrat var. Mükəmməl bir C və K vitamini, kalium, tiamin, manqan və mis qaynağıdır.

Hüceyrə itkisinin qabağını alır, xərçəngi önləyir və immun sistemini dəstəkləyir. Yaşlanma və iltihablanmanın profilaktikasında mühüm rol oynayır.

Nar infarkt, iflic və ağciyər xəstəliyinə səbəb ola biləcək qan pulcuqlarının toplanmasının qarşısını alır. Prostat və süd vəzi xərçəngi hüceyrələrinin çoxalmasını əngəlləyir. Günəş işığının zərərli təsirlərinə qarşı qoruyucudur.

Bədəni dəridəki qızartı və yüngül yanıqlardan mühafizə edir.

Hər gün nar şirəsini içmək qan təzyiqini düşürməyə kömək olur.

Tərkibindəki C və E vitamini kimi immun sistemini gücləndirən vitaminlər sayəsində nar şirəsi xəstəliklərin qarşısını alır və infeksiya ilə mübarizə aparır.

Aparılan araşdırmaya görə, gündə 227 ml nar şirəsi içmək yaddaşı gücləndirir. Nar şirəsinin stressi aradan götürmə xüsusiyyəti qadınlarda doğuşa da faydalı ola bilər.

Nar şirəsi içmək həm kişi, həm də qadınlarda seks hormonlarının əsas zərrəciklərindən olan testosteron səviyyəsində artım yaradır.

Gilənar və çuğundur şirəsindən sonra nar şirəsi də yeni idmana başlayanlarda dayanıqlığı artıran vasitələrdən sayılır.

Nar şirəsi ağrının azalmasına və güc qazanmağa kömək olur.

Narın damar sətləşməsinə də faydası aşkarlanıb. Bir stəkan nar şirəsində qırmızı şərab, yaşıl çay, üzüm və yemişdən daha çox antioksidant var.

Paylaş: