Bz. Sen 15th, 2019

Qroznının ilk fəxri vətəndaşı azərbaycanlı döyüşçüdən BƏYANAT

Fevralın 14-ü Rusiyanın paytaxtı Moskva şəhərində bir qrup həmyerlilərimizlə bir çeçenlər arasında insident yaşanıb.

Turkustan.info xəbər verir ki, Qarabağ qazisi, Çeçenistan Milli Qəhrəmanı, paytaxt Qroznının ilk fəxri vətəndaşı Arif Məhərrəmov baş verən hadisə ilə əlaqədar öz fikirlərini feysbuk profilində paylaşıb. O, qeydə alınan hadisənin nifaq toxumu səpmək isətəyənlər tərəfindən qərəzli olaraq baş verdiyini deyib.

Son zamanlar xüsusi sifarişlər əsasında Xalqımızın Milli dəyərlərinə və Vətənimizin mənafeyinə narahatçılıq yaratmaq istəyənlərin Azərbaycan xalqı və Çeçen Xalqı arasında ədavət yaratmağa cəhd edənlərə qarşı narahatçılığımı bildirməyimlə,hər iki Xalq arasında mənfi niyyətlər əsasında Beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışmalarına qəti surətdə etirazımı bildirirəm. Azərbaycan xalqı uzun illərdən bəri Dünya Xalqları və Qafqaz Xalqları arasında – erməni xalqı istisna olmaqla hər zaman sülh, dostluq,mehribançılıq şəraitində yaşayıb. Qonaqpərvərliyimizlə tanınan və Qafqazlılıq adət ənənələrimizi inkişaf etdirən Xalqıq. Amma Qafqaz bölgəsində bizim Milli irsimizə qənim çıxan,Vətən ərazilərimizə basqın edərək havadarlarının köməyi ilə torpaqlarımızı xaincəsinə mənimsəyərək, Xalqımızı dəfələrlə terror hücumlarına məruz qoyublar. Biz də öz Vətən ərazilərimizi işğaldan azad etməyi haqqımız olaraq Xalqımızı qorumağı özümüzə borc bilirik. Bəyanatımın məqsəd səbəbi budur ki,bu yaxınlarda Çeçen əsilli bir şəxs Azərbaycan Xalqını təhqir etməsinin Xalqımın mənafeyindən narahat olanlar tərəfindən tənbeh edilməsi təzyiqlərlə deyil,hər iki Xalqın nüfuz sahiblərinin böyüklüyü əsasında izah edilərək yarana bilən narahatçılığa dərhal özbaşına məhkəmə qurmaqdan yayınaraq,dostluq qardaşlığı əsasında barışıq yaratmaqla xoşagəlməz vəziyyətə son qoyulmalıdır. Amma barışıq yaratmaq əvəzinə öz başına qurulan məhkəməyə və haqsızlıq edənə tərəfdaşlıq edərək qızışdırıcı mövqedə olanların fəaliyyətlərinin mövcudluğuna öz təəssüf hissimi bildirirəm. Amma hər kəsi tam əmin edirəm ki, hər iki Xalqın Milli irsimizin dəyərləri çox yüksək olduğundan kimlərsə Xalqımızı pisləməklə sifarişlər əsasında qəsd-qərəzlə ədavət toxumunu səpə bilməz..Xalqiarımızın mənafeyini təhqir edən və ədavət yaratmağa cəhd edən kimlər varsa tam əmin olun ki, şəxslər Azərbaycan və Çeçen Xalqını təmsil etmək iqtidarında ola bilməz. Ona görə ki, bizim Azərbaycan Türk mənşəli Xalqlardan olduğumuza görə soy kökümüz əsasında Qafqaz Xalqları və əsasəndə Çeçen Xalqı ilə hər zaman dostluq – qardaşlıq mövqeyimiz sarılmaz dərin Qafqazlılıq ənənələrimizə bağlıdır. İllər öncə bir Çeçen döyüşçüsu də “Vesti” proqramında Azərbaycan Xalqının ümumən adını çəkərək mənfi fikirlər söylədiyinə görə mən özümə borc bilərək onun üzr istəməsinə nail olmağım barədə həm Azərbaycan və Çeçenistanın Rəhbər orqanları, həm də ictimaiyyəti məlumatlıdır. 1994 – 1996 illərdə Çeçenistanın Azadlıq mübarizəsi ərəfəsində Azərbaycan və Türkiyə yaralıların müalicəsində,partlayışlardan zərər çəkən uşaqlara tibbi və hər cürə yardımlar etməyimizlə qardaşlıq borcumuzu yerinə yetirdik. Mən Azərbaycan Prezidentinin və Silahlı Qüvvələrinin Fəxri təqaüdçüsü olmaqla yanaşı, Çeçenistan Paytaxtının ilk Fəxri Vətəndaşı,həmçinində Çeçenistanın Millət Qəhrəmanı olaraq hər kəsi tam əmin edirəm ki, biz Azərbaycan və Türk Xalqları hər zaman Qafqaz Xalqları ilə tarixi doğmalıq köklərimiz mövcud,olduğundan dəyərlilik üzərində qurulan münasibətimiz əbədi və sarsılmazdır!”.

Qeyd edək ki, baş verən olaydan sonra Azərbaycan Prezdentinin köməkçisi, Prezdent Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əli Həsənov bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və Çeçen xalqlarını dost və qardaş kimi səciyyələndirmişdi. Həmin açıqlamaya bugün Çeçenistan naziri Cumbulat Umarov hadisənin araşdırılması və dava səbəbkarlarının axtarılması barədə cavab verib.

Mehman Nəbiyev

Paylaş: