Ca. Dek 12th, 2019

Milli Şura yeni mitinqin gününü təyin etdi

Müxalifətçi Milli Şura yeni mitinq keçirmək niyyətində olduğunu bildirib.

Turkustan.info “Virtualaz”a istinadən xəbər verir ki, AXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, yeni mitinqin fevralın 23-də “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-da mitinq keçirmək istəyinə rədd cavabı vermişdi. İH qərarını bununla əsaslandırılmışdı ki, 19 yanvarda keçirilmiş əvvəlki mitinqdən sonra və yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı ictimai asayişin pozulması faktları qeydə alınmışdı.

Paylaş: