Ça. Avq 20th, 2019

GÖY TANRI DİNİ VƏ ONUN MAHİYYƏTİ

Aydın Qasımlı

filologiya elmləri namizədi

Türklərin ilk dini Göy Tanrı dinidir. Qədim Türklərdə “Tanrı“ sözü “Tenqri” şəklində söylənmişdir. Qədim Türkcədə “Göy” (“Səma) sözü “Ulu, Uca, Böyük, Müqəddəs” deməkdir. Buna bağlı olaraq da “Göy Tanrı” deyimi “Ulu Tanrı,Uca Tanrı” anlamına gəlir.

Ən azı 4 min illik tarixi olan “Tanrı“sözü,demək olar ki,bütün Türklərdə ortaq inanc termini kimi işlənmiş və buğun dəişlənməkdədir.

       Göy  Tanrı qədim Türklərdə tək yaradıcı,tək böyük mənəvi qüvvət, bütün varlıqlara həyat bəxş edən,  öz  iradəsinə görə  hökm edən , insanlara yardım  edən, onlara yol göstərən , bilgi verən, onlarıcəzalandıran,doğru və yalanı bilən Əbədi Ulu bir  Varlıqdır.

        Qədim Türklərin bu mükəmməl Göy Tanrı  dininin nə yazılı bir kitabı və nə də ibadət qaydaları haqqında  bu gün  əlimizdə tutarlı bir mənbə olmasa da qədim Türk  yazılı abidələrində Göy  Tanrı  hətta “Türk Tanrısı” kimi qeyd edilmiş, Türklər özlərini dəilahiləşdirərək “Göy Türklər” adlandırmışlar. Türklər sonradan  qəbul  etdikləri dinlərdə də “Allah”ı  ifadə etmək  üçün “Tanrı” sözünü işlətmiş və bu gün dəişlətməkdədirlər. Qədim Şumerlərdə də  “Tanrı” sözü“Tinqir” (qədim Türkcədə “Tanqrı”) kimi  işlədilmişdir. Buddizmi bütün Qərbi Göy Türk  Xaqanlığında da yaymağa çalışan və bununla Göy Türkləri dəÇinliləşdirməyə səy göstərən Çinlilər ağır məğlubiyyətə düçar olmuş vəBilgə Xaqanın vəziri vəqaynatasıTonyukukun səyi nəticəsindəÇin Buddizmi İkinci Göy Türk Xaqanlığı tərəfindən  tamamilə rədd edilmiş, ölkədə Göy Tanrı dini  yenə də hakim mövqedə qalmışdı. Göy Türk dininə məxsus ən dəyərli maddi və mənəvi  mədəniyyət nümunəsi Qədim Türk əlifbası və bu əlifba ilə yazılan  Göy Türk yazılı abidələridir.

       Qədim Türk kitabələrində zikr edilən “Türk Tanrısı” Türklərə xaqan olmaq, onlara savaşlarda zəfər qazanmaq, “Xaqanlıq” yaratmaq, Türk xalqına istiqlal bəxş etmək kimi vəsfləri özündəcəmləşdirən ulu bir Varlıqdır. Qədim Türklər kutsal saydıqlarıGünəşə,Aya,bəzi Ulduzlara, oda, suya, torpağa,bəzidağlara,ormanlara,çaylara,göllərə sayğı göstərsələr də Babillər kimi Günəşi, Ayı, Ulduzları təmsil edən Şamaşa, Misirlilər kimi Amona, Hindlilər kimi Varunoya, Perslər kimi AhuraMazdaya, Romalılar kimi Mitharaya vəs.deyil,yerin,göyün,hərşeyin yaradıcısı saydıqları tək Göy Tanrıya inanmışlar. Bütün bunları qədim Türklərin işlətdiyi “Tanqrı” (Şumerlərdə “Dinqir”) kəliməsi də təsdiq edir.Göy Türklər dövrünün məşhur Bizans tarixçisi Simokattes Göy Türklərin torpağa,suya,çaya,dağa,meşəyə və bu kimi təbii varlıqlara sayğıgöstərdiklərini,ancaq yalnız Yerin, Göyün yaradıcısı saydıqları Tək Tanrıya inandıqlarını qeyd etmişdir.  İlkin Xəzər İmperatorluğunun Xaqanı Xristianların Tək Tanrınıüçləşdirmələrinə (“Təslis”ə = Ata Allah,Oğul Allah və Müqəddəs Ruha) inanmalarına qarşı özlərinin tək bir Tanrıya inandıqlarını bəyan etmişdi.

Çox təəssüflər olsun ki, qədim Türklərin bu mükəmməl Göy Tanrı dininin nə yazılı bir kitabı, nətapınaqları, nə din adamları, nə də ibadət qaydaları haqqında bu gün əlimizdə tutarlı bir mənbə yoxdur. Bu səbəbdəndir ki, Göy Tanrı dini sonrakıtəkallahlı dinlərin yaradılmasında ilkin başlanğıc rolu oynasa da öz adı iləümumbəşəri İlahi dinlər siyahısına daxil edilməmişdir.                                                                                                    .   .                    .     .           Göy Tanrı dininin əlimizdə müqəddəs Kitabı olmasa da bizcə bu dinin ən mükəmməl “Kitabı” Türk millətinin Özüdür . Türk milləti bu müqəddəs dinin özəlliklərini min illər boyu qəlbində daşıyaraq nəsildən-nəsləötürmüş , sonrakı Türk dinlərinin-Azərdüştlüyün, Buddizmin,Mani dininin (Manixeizmin ) ,Məzdəkizmin vəBabəkizmin ideya qaynağına çevirmişdir .Türk milləti içərisində buğun belə genişşəkildə işlədilən “ O Göydəki Allah haqqı“ andı bunu bir daha sübut edir .                                                                                                                                                           

 Qədim Türklər inandıqları Göy Tanrını belə vəsf etmişlər:

-Tanrıtəkdir.Tayı və bənzəri yoxdur;                                                                                                  —Yaradıcıdır:Bilinən və bilinməyən hər şeyi O yaratmışdır;   Buyurur: İradəsinə uymayanları, tabe olmayanları cəzalandırır; 

Savaşlarda yalnız Tanrının iradəsi ilə zəfər qazanılır;    İnsanlara səadət (kut) və qismət (ülüq) bağışlar,lakin bunlara layiq olmayanlardan geri alar;                                                                                                                                                                     —Canlı varlıqlara həyat bəxş edər;                                                                                                         —Varlıqlara həyat verdiyi kimi,diləyəndə də onu geri alar;                                                                  —Ölüm,Onun iradəsinə bağlıdır.                                                                                                                         .     Göy Türk abidələrinəgörə,Tanrı Kainatın ilk Səbəbi,yəniYaradıcısıdır.Türklərin bir Xaqanlıq qurması yalnız Onun istəyi iləolmuş,Türk millətinə Xaqanını O vermiş,yəni Tanrı Türk millətinin həyatı ilə yaxından ilgilənmişdir.Bu abidələrdəgöstərildiyinəgörə,Göy Türk Xaqanıvə Bəyləri Türk ulusuna yapdıqlarıyardım vəyaxşılıqlardandolayıGöy Tanrıya səmimi qəlbdən öz şükranlarını sunmuş,minnətdarlıqlarınıbildirmişlər.Bu Kitabələrdə qeyd edilmişdirki,Xaqanları taxta çıxaran,Türklərə zəfərlər qazandıran ,onları fəlakətlərdən qoruyan Göy Tanrıdır.                                                                                                                                     .   . .       Bilgə Xaqan adidəsində göstərilir ki :”Tanrının iradəsi ilə Xaqan oldum…Türk millətinin adı-sanı yox olmasın deyə Tanrı atam Xaqanı,anamXatunu yüksəltmişdir…Tanrı güc verdiyi üçün atamın ordusu qurd kimi,düşmənləri də qoyun kimiymiş…Tanrı yardım etdiyi üçün atam Xaqan dövlətləri dövlətsiz ,xaqanlıları Xaqansız qoymuş,düşmənləri yola gətirmiş,onları diz çökdürmüş,başəydirmişdi”(Bax:Bilgə Xaqan abidəsi,Doğu üzü,sətir:101,102 ).                                   .      Qədim Türklərdə təkcə Xaqanın deyil,dövlətin və xalqın yüksəlişi və düşüşü,hakimiyyət dəyişikliyi də Göy Tanrının himayəsi və cəzasının bir nəticəsi olaraq görünməkdədir.Orxon abidələrində açıq şəkildə göstərilir ki,Göy Türklərin Çin əsarətindən qurtularaq müstəqil bir dövlət qurmaları Göy Tanrının iradəsi ilə gerçəkləşdiyi kimi,Birinci Göy Türk Xaqanlığının yıxılması da Göy Tanrının Türklərə bəxş etdiyi Xaqanı xalqın onu tərk etməsi olmuşdur.               .       Qədim Türklərin Göy Tanrı dininə görə,Xaqanların anadan olmalarının bəzi “İnsanüstü” keyfiyyətləri var idi.Xaqanların dünyaya gəlməsi ya böyük bir dövlət qurmağın işarəsi olaraq görülmüş,ya da bunun bəzən böyük bir qisasın alınması məqsədi ilə gerçəkləşdiyi qəbul edilmişdi.Belə insanların dünyaya gəlişi bir “Tanrı Vergisi” olaraq dəyərləndirilmişdi.Bir çox qədim Türk dastanlarında Göy Tanrının Xaqanlara bağışladığı üstün vəsflərdən bəhs edilmişdi Belə ki,bir Uyğur Dastanında göstərildiyinəgörə,Oğuz Xaqan anasının döşündən bir damcı süd əmdikdən sonra danışmağa başlamış,yemək,çiy ət və şərab istəmiş,tezliklə böyümüşdür.               Başqa bir Dastana görə,AğKükül adlı bir qəhrəman anadan olan kimi yemək istəmiş,bir gün sonra bir yaşına, 7 gün sonra 7 yaşında bir uşaq olmuş,bundan sonra ata minərək silah işlətməyə başlamışdı.Anadan olan Qara Kükülün anası da oğluna 10 qoyun ilə 3 dana əti bişirmiş,QaraKükül bunların hamısını yemiş,sümüklərini də burnundan bayıda atmışdır.        Qəhrəmanların tez böyüməsinə demək olar ki,bütün Türk dastanlarında rast gəlinir.                      .        Qədim Türklərdə Xaqanların anadan olmalarından sonra Göy Tanrıdan özləri üçün bir ad istəmələri də onların doğuşdan gələn üstünlüklərindən hesab edilmişdi.Məşhur “Alın TaycıDastanı”nda Ağ Xanın oğlu Alın Taycının ad aldıqdan sonra ona Göy Tanrı tərəfindən bir at ərməğan edildiyi və bu atın səhər tezdən onun qapısndabulunduğu göstərilmişdi.                          .        Qədim Türk abidələrində də qeyd edildiyi kimi Türk Xaqanları anadan olandan etibarən “müqəddəs”sayılmış,Göy Tanrıdan “kut” aldıqlarından onlar belə “insanüstü” xüsusiyyətlərlə dünyaya gəlmişlər.Xaqanlar Göy Tanrının onlara bəxş etdiyi bu müqəddəs “kut” sayəsində geniş bir hərəkət sərbəstliyinə sahib olmuşdular.Onların hərəkətli və dinamik köçəri toplumları bir arada tuta bilmək,tayfa və qəbilələri öz nüfuzları altına ala bilmək üçün məhz belə bir geniş yetkilərə sahib olmaları gərəkirdi.Xaqanlar hər şeydən öncə qədim Türk köçəri toplumun ən qüdrətli hərbi başçısı,ən yüksək hakimi rolunu da yüklənməli idilər.Onlar dövlətdə qanunun simvolu sayılırdılar.Dövlət quran və onu idarə edən hər bir Xaqan törəyə bağlı öz qanunlarını hazırlamalı və həyata keçirməli idi.Misal üçün Birinci Göy Türk dövlətinin qurucusu Bumın Xaqan taxta oturduqdan sonra ölkəsini və Türk törəsini qaydaya salmış,son- ra hakimiyyətini genişləndirərəkXaqanatlığınıyaratmışdı.Həmçinin bir müddət çökmüş olan Göy Türk dövlətini yenidən müstəqilliyinə qovuşduran İltəriş Xaqan  da törəsi pozulmuş Türk millətinin törəsini yenidən ata-babalarının törəsinə uyğun olaraq diriltmiş və törəyə canlılıq qazandırmışdı.İkinci Göy Türk Xaqanı Bilgə Xaqan : “Mən taxta çıxdıqdan sonra belə mühüm Yasanı dünyanın dörd bir bucağındakı xalqa çatdırdım”-deməklə qanunun önəmini dilə gətirmişdi.                                                                                                                                                                         Bunlardan əlavə Türk Xaqanlarının düşmən xalqlara müharibə elan etmək,onlarla sülh bağlamaq,vergitoplatmaq,yabançı ölkələrə elçilər göndərmək və onlardan gələn elçiləri qəbul etmək kimi görəv və səlahiyyətləri də var idi.                                                                                                   .         Törələr Xaqanların aldığı qərarlarla ortaya çıxdığı kimi,Qurultayda alınan qərarlar da “Törə” olaraq qəbul edilirdi.Törənin əsil ortaya çıxış şəkli ənənəvi olaraq özlüyündən və tədricən meydana gəlmişdiki,qədim Türklərdə buna “Yosun Hüququ” adı verilmişdi(Bu haqda geniş məlumat üçün bax:Arsal,SadriMaksudi,TürkTarihiveHukuk,İstanbul 1947,səh.228 ).        Törəyə bağlı qanun yaratma işlərində Xaqanla bərabər digər Boy və Oymaq Bəyləri də iştirak etmişdilər.Mətinlərdəki :”Bəylər də Ulusu da bir-birinə uyğun imişlər.Ona görə də ,ölkəni o qədər yaxşı qoruya bilmiş,ölkəni qoruyaraq yasalar tərtib etmişlər” ifadələri də bunu təsdiq edir(Bax:CinHalil,AkgündüzAhmet,TürkHukuk Tarihi,cilt:1,Konya 1989 ).                                      .        Çin mənbələrinə görə,qədim Türk Xaqanlarının qəragahındakıTapınakda hər il başında  bir törəndüzənlənir və bu mərasimə Türklərin 24 boyunun Başbuğlarıqatılırdı.İlin 5-ci ayında isə Lunq-Çenq şəhərində toplanaraq ata-babalara,GöyTanrıya,Günəşə,Aya və Yer-Su Ruhlarına qurbanlar kəsilirdi.Qurbantörənindən sonra Qayın ağacları əkər,bu ağaclardan “Kutlu Ormanlar” yaranardı.Payızda isə Başbuğlar Orman yanında toplanıb ətrafı dolaşar, əhalinin və sürülərin sayını müəyyənləşdirərdilər.Çin qaynaqları həmçinin Türk Xaqanının hər səhər çadırından çıxaraq Günəşə,axşamlar isə Aya baxaraq dua edərdilər.                                         .      Bütün bunlar göstərir ki,qədim Türklərdəki dövlət düzənində Xaqanın hüquq qaydalarının yaradıcısı olmağına baxmayaraq, “Törə”,Xaqan da daxil bütün dövlət yetgililərinin üstündə olmuşdu.Məşhur Türk mütəfəkkiri Yusuf Xas Hacibin :”Dövlət silahla qurulur,ancaq Törə və Yasaya dayalı qanunla idarə edilir” –deməsi də bu gerçəyi təsdiqləməkdədir.                                .     Bunlarla yanaşıTürk Xaqanlarının düşmən xalqlara müharibə elan etmək,onlarla sülh bağlamaq,yabançı dövlətlərə elçilər göndərmək və onlardan elçilər qəbul etmək kimi görəv və səlahiyyətləri də var idi.                                                                                                                                           .     Göründüyü kimi Oğuz Xaqandan başlayaraq bütün qədim Türk dövlətlərində Xaqanların öz səlahiyyətlərini Göy Tanrıdan aldıqlarına,Onun tərəfindən taxta çıxarıldıqlarına inanılmışdı. “Kut”un Xaqan açısından önəmi çox böyük idi.Bu “Kut”un sayəsində Xaqnların sahib olduqları üstün özəlliklər onların aldıqları titullarda da öz əksini tapmışdı.Qədim Türklərdə “Göy” sözünün eyni zamanda “Tanrı” anlamında da işləndiyi görünməkdədir.O dövrün Xaqanlarına verilən “Tenqri-Kut” ünvanı qədim Türklərdə “Tanrı Hakimiyyəti Anlayışı”nınbaşladığını isbat etməkdədir.Bu anlayış eyni zamanda,”Tək Tanrı” inancına doğru gedişi də göstərmək- dədir.Tarixdə məşhur Hun Xaqanı Mətənin eradan əvvəl 176-cı ildə Çin İmperatoruna yazdığı məktubunu”Göy tərəfindən taxta çıxarılmış Hunların Böyük Xaqanı” ifadəsi ilə başlaması,Mətə Xaqanın oğlunun öz vəzirinin nəsihəti ilə “Göy ilə Yer tərəfindən yaradılmış,Ay ilə Günəş tərəfindən taxta çıxarılmış Hunların Böyük Xaqanı” ünvanını işlətməsi bu fikri bir daha təsdiq- ləməkdədir.                                                                                                                                                                      .      Orxon Kitabələrində isə Xaqanın “Göyə” bənzədiyi və Onun tərəfindən hakimiyyətə gətiril- diyinianladan”Mən Türklərin Göyə bənzəyən,Göydən gəlmiş Bilgə Xaqan bu zamanda taxta çıxdım.Sözlərimi sonuna qədər dinləyin!” və “Mən Tanrı kimi Göydə yaradılmış Türk Bilgə Xaqan taxta oturdum!” sözləri ilə hakimiyyətinin Göy Tanrı ilə əlaqəsini ortaya qoymaqdadır.    Digər bir Göy Türk Xaqanı Şopolyonun Çin İmperatoru Kao-tsuya göndərdiyi bir məktubda özünü”Mən ki Göy Türk dövlətinin Göydə doğulan Xaqanı və Müqəddəs Oğlu” kimi tanıtdığı , Uyğur hökmdarlarının da bütün Türk Xaqanları kimi Hakimiyyət qüdrətlərini Tanrısal bir qaynağa bağlamaq istəmələri,bu səbəblə də özlərindən “Göy və Ay Tanrıdan kut bulmuş”-deyə söz etmələri bu fikri təsdiq etməkdədir.Uyğur Xaqanları Göydəki bir İşıqdan doğulduqlarınainanmışdılar.Onların bu inancı hakimiyyətlərinin Tanrı qaynaqlı olduğuna bir dəlil təşkil niletməkdədir.”Ay” ünvanını ilk dəfə 780-ci ildə Böğü Xaqanı öldürərək başa keçən Tun Bağa Tarxanın oğlu tərəfindən “Ay Tanrısında Kut bulmuş ünlü Bilgə Xaqan şəklində işlədilməyəbaşlanmışdı.Ondan sonrakı Xaqanlarda “Ay” və “Göy” sözləri davamlı olaraq işlənilmişdi(Bu haqda geniş məlumat üçün bax:Ögel,TürkKültürününgelişmeçağları,IIcilt,İstanbul 1971 ).                                                                                                                                                                .        Türk Xaqanları tarixən “Kür” və ya “Gür”,”Yaşlı,Bilgə və Uca” ünvanları daşımış və özlərini “Kainatın və Təbiətin Xaqanı” saymışlarsa da özlərini Göydən və Tanrıdan uca tutmamış, özlərini insanlarla Tanrı arasında bir “Əlaqəçi” hesab etmişlər.Orxonabidələrindəki “Yuxarıda mavi Göy,aşağıdayağız Yer yaradıldığı zaman ikisi arasında insanoğluyaradılmış,onların üzərində də Bumın Xaqan və İstəmi Xaqan taxta oturmuşlar” və”Tanrı atam Xaqanı və anam Xatunu taxta çıxarmış” ifadələri bu gerçəyi dilə gətirməkdədir.Bu ifadələr həm də hər hansı bir irq və ölkələr arasında heç bir ayırım yapmadan,heç bir fərq qoymadan sadəcə bütün Yer üzündəki topluluqların və ölkələrin Tanrı tərəfindən Türk Xaqanlarının idarəçiliyinə verildiyi inancını ortaya qoymuşdur.Abidələrdəki”Göy Tanrı istədiyi üçün taxta oturdum və dörd tərəfdəki xalqları düzənə soxdum”, “Gündoğandan Günbatısına qədər bütün qövmlər mənə baş əyərlər” ifadələri də bu məqsədlə daş Kitabələrə həkk olunmuşdu.Abidələrdəki bu və bunun kimi ifadələrdə Yerüzü bir bütün olaraq qəbul edilməkdə,insanların da tək bir kütlədən  ibarət olduğu düşünülməkdə və bunların hamısının üzərində Türk hakimiyyətini təmsil edən Türk Xaqanları bulunmaqdadır.                                                                                                                           .      “Oğuz Xaqan Dastanı”nagörə,Oğuz Xaqan Göydən gəlmiş və özü kimi Göydən gəlmiş bir qızla evlənmiş,taxta çıxıb Xaqanlığını elan etdikdən sonra dörd bir tərəfdə bulanan qövmlərə elçilər göndərərək”Mən artıq bütün dünyanın Xaqanıyam”-demiş və onların hamısını baş əyməyə özünə bağlılığa dəvət etmişdi.Bu dastanda həmçinin Oğuz Xaqanın vəziri Irkıl Xocanın Ona”Ey Xaqanım! Göy Tanrı bütün dünyanı Sənə bağışlayacaq!” nüjdəsi də yer almışdır.              .        Qədim Türklərdə dünya hakimiyyəti məfkurəsi həmişə ön planda olmuşdur.Beləki,Sultan Mahmud Qəznəli dövründə ondan qat-qat zəif olan Uyğur hökmdarının ona göndərdiyi məktubun başlanğıcında yer alan”Göylərin sahibi Tanrı Yerüzü ölkələrinin və bir çox qövmün hakimiyyətini bizə vermiş” ifadələri ənənəvi “Türk Dünya Hakimiyyəti” idealına bağlı qalmasının bir göstərgəsidir.Dünya Hakimiyyəti Məfkurəsi və inancı Göy Tanrının Türkləri qoruması və onları üstün qılması prinsipi ilə birləşərək Türklərdə “Millət olma” düşüncəsinin erkən oyanmasında önəmli rol oynamışdı.                                                                                                      .     Ərəb səyyahıİbn Fədlanınanlatdığınagörə,Oğuz Türkləri İslamı qəbul etdikdən sonra belə hər hansı bir çətinliyə vəsevmədikləri bir vəziyyətə düşdükləri zaman başlarını yuxarı qaldırıb “Ey Allahım!”-deyirmiş kimi “TekTenqri”-deyirlər.Buənənə indi də Türklərdəqalmaqdadır.Belə ki, buğun də Türklər hər hansı bir haqsızlığa uğradıqları və dua etdikləri zaman “Yuxarıda Allah var!”,”Allah Göydən baxır!”,”O Göydəki Allah haqqı”-deyərək qarşılarındakılara etirazlarını və Allaha dua etdiklərini bildirirlər.                                                                               .      Qədim Türklər dua edərkən də “Tenqri Türk budununukoldasınq” (“Tanrı Türk millətini-soyunu,qövmünü-qorusun!”) –demiş,hər hansı bir işəbaşlarkən “Mengü Tanrının gücüylə!”-deyərək Tanrıdan yardım diləmişdilər.                                                                                                           .      Başda Mahmud Kaşğarlı olmaqla İslam dönəminin bütün yazarları Türklərin “Allah” yerinə “Tanrı”(“Tenqri”) adınıişlətdiklərini,hər hansı bir işə və sözə uğur qazandırmaq üçün ilk öncə “Ulu Tanrı”nın adıanıldıqdan sonra başladıqlarını bildirmişlər.                                      .      Qədim Türklərdə “Ruh” və “Can” anlayışları “Tin” sözü ilə ifadə olunmuşdu.”Ölüm” Ruhun bədəni tam tərk etməsi anlamına gəlirdi.Qədim Türklərə görə,Ruh bədəni təkcə Ölüm anında deyil, yuxuda və müxtəlif xəstəliklər zamanı da müvəqqəti olaraq tərk edir.Onlar Ölümün bir son olmadığını Ölümdən sonra bir “Axirət Həyatı”nın olacağına inanmışdılar.Onların ölərkən at və silahları ilə birlikdə gömülmələri və atlarına minərək “Uçmağa” (Cənnətə) gedəcəklərinə olan inancları bu həqiqəti göstərməkdədir.Ona görə də qədim Türklər atın “Səmavi” bir qaynaqdan gəldiyinə və kutsal olduğuna inanmışdılar.Bu vəziyyət təbii olaraq onların miras hüquqlarına da təsir göstərmişdi.Qədim Türklərdə öldükdən sonrakı həyatla bağlı olaraq bu dünyada yaxşı və xeyirxah işlər yapanların Ruhlarının Göyə çıxacağı,şər və pis işlər görənlərin isə Yer altına gedəcəkləri düşüncəsi hakim olmuş və Yer altındakı yerə “Tamu” və ya “Tamuğ”(Cəhənnəm) adı verilmişdi.Buradan da görünür ki,qədim Türklərdə dünyada görüləcək işlərlə əlaqədar olaraq Axirətdə hesab veriləcəyi inancı doğmuşdur.(Seçmələr bizimdir-A.Q.Bax:GüngörHarun,Türklərin Dini Tarihi,Ankara 1997,səh.70-71)                                      .      Göründüyü kimi Tək Tanrı inancına sahib olan qədim Türklər ölümdən sonra xeyirxah,yaxşı insanların gedəcəyi yeri “Cənnət” anlamında “Uçmaq” sözünü işlətmiş,”Uçmağ”ınyaşıllıqlarla və nemətlərlə dolu olduğuna və xeyirxah yaxşı insanların gedəcəyi gözəl bir Dünya olduğuna inanmışdılar:                      

                                            “TutulmadıYunus canı,                                                                                                                                                                .                                            Keçdi,Tamudan,Uçmaqdan.                                                                                           .                                            Yola düşüb Dosta gedər,                                                                                                .                                            Ol əslinəuyakmağa”                                                                                                        .                                                            (YunusƏmrə)                                                                                .      Qədim Türklər “Cəhənnəm”ə isə “Tamu” (və ya “Tamuğ”)-demiş və suçluların öldükdən sonra cəzalandırılmasıüçün getdikləri yerin “Tamu” (“Cəhənnəm”) olduğuna inanmışdılar.Bütün bunlar göstərir ki,qədim Türklərdə “Axirət Dünyası” anlayışı olmuşsa da onlar ölən insana “öldü”deməmiş,”Tanrıya uçdu”- deyərək ölümdən sonrakı həyatı“Yaradana qovuşmaq” kimi anlamışlar.Bu vəziyyət “Özünədönüş”ü ifadə edən “ Oz” damğası ilə dəsimvollaşdırılmışdır.                                                                                                      .       Xaqanların və məşhur şəxslərin dəfn mərasimlərində xüsusi hazırlıqların görülməsi və möhtəşəm məzar abidələrinin inşasıüçün bir müddət gözlənilərdi.Bu müddətdə ölənin cəsədinin qorunması üçün mumyalanma işlərinin görülməsi də gərəkirdi.Göy Türk Xaqanı Bilgə Xaqanın qardaşı Kültəkinin və vəzir Tonyukukun cənazələrinin dəfn mərasimlərinə qədər qorunması üçün mumyalanmışdılar.Bu adət Səlcuqlu Türklərində də davam etdirilmişdi.                                                                                                                                                              .         Qədim Türklərin ənənəvi dinlərində hökmdarların və məşhur şəxsiyyətlərin məzar yerlərinin seçilməsi də mühüm rol oynamışdı.Məşhur Ərəb səyyahı İbn Fadlan Xəzər Türklərində,Əbu Reyhan Biruni də Oğuzlarda ölünü çay yatağında basdırma adətinin olduğunu qeyd etmişlər.Bu məqsədlə dəfn mərasimindən öncə çayın məcrası  dəyişdirilir, dəfndən sonra isə çayın suyu əvvəlki yatağına qaytarılır,beləliklə də Xaqanın və ya məşhur şəxsin məzarı gizli qalırdı.Məşhur Qərbi Hun İmperatoru Atillanın bu üsulla Tuna(Dunay) çayı yatağına dəfn edildiyi rəvayət edilməkdədir.                                                                                                   .        Qədim Türklərdə Hökmdarlar və ünlü şəxslər üçün xüsusi türbələr yapılar və bu türbələrin iç divarlarına ölənin həyatda ikən iştirak etdiyi savaşlara aid səhnələr rəsm edilər, məzarın ətrafına düşmənləri əks etdirən balballardikilərdi.Böyük dövlət adamlarının məzarlarının gizli qalması üçün əsasən yüksək təpələr və dağlar seçilirdi.Tarixdə məşhur Çingiz Xanın və Kubilay Xanın məzarları bu şəkildə gizli saxlanılmışdır.Bir Xəzər Xaqanı da Musəvi dininə inanmağına baxmayaraq bu Türk qaydasında dəfn olunmuş,ona yonma daşdan  bəzəkli,üstündə işıq yanan bir məzar hazırlanmışdı.Bu məzar abidədə 24 otaq və hər bir otaqda bir məzar yapılaraq Xaqanın məzarı gizlədilmişdi.                                                                            .         XI əsrdə yaşamış Abbas Xəlifəsinin məşhur elçisi İbn Fadlanagörə,Oğuzların dəfn mərasimləri də Göy Türklərdəki kimi idi.Onlar da məzar üzərinə kurqan yapar,ətrafınabalballardikər,yoq-aş törəni yapıb ölülərə ehsan verirdilər.                                                                                              Böyük Xaqanların və önəmli şəxsiyyətlərin dəfn mərasimlərində xeyli adam iştirak edər,bu dəfnə yabançı dövlətlərdən də xüsusi heyətlər qatılardı.                                                                                                                                                      .     Tək Tanrı inancına sahib olan qədim Türklər İslamiyyətdən öncə dəƏrəb və digər xalqlar kimi bütətapmamış,sapqınlığadüşməmiş,İslamdanöncə də gözəl əxlaqlı bir həyat yaşamışlar.Qədim TürkcədəYeri,Göyü,Kainatı,bütün canlı və cansız varlıqları yoxdan “var” edən Allahın yerinəişlədilən“GöyTanrı”sözü məhz xüsusi isim kimi işlədilmişdi.İstər“Göy Türk kitabələri”ndə, istərsə də digər qədim Türk mətinlərində “tanrılar”-deyəçoxluq bildirən bir söz işlədilməmişdir. Halbuki digər Təkallahlı dinlərdən sayılan İudizm və Xristianlığın müqəddəs Kitablarında Allahın 300,İslamın müqəddəs Kitabı“Quran “da 99 adıçəkilir.                                                                                                                                    .      Türklər İslamı qəbul etdikdən sonra “Tanrı” ilə yanaşı“Çələb,Allah,İlahi,Rəbb,Xüda, Mövla” və s. kimi adları da işlətməyəbaşlamışdılar.Bu sözlərdən “Tanrı vəÇələb” Türkcə,” Allah,İlahi və Rəbb” Ərəbcə,”Xüda və Mövla” da Farsca sözlərdir.Bu sözlərin hamısı“Yaradıcı”nı qarşıladığıüçün Türklər bunların işlədilməsində bir qüsur görməmişlər.                                                                   Çox qəribədir ki,XXIəsrdə bir çox İslam din alimləri “Allah” sözü yerinə “Tanrı” sözünüişlədənlərə qarşı“Cihad” elan edərək omlara qarşı hücuma keçmişlər.Halbuki hələ orta əsrlərdə başda Cəlaləddin Rumi vəYunusƏmrə olmaqla bir çox şair,övliya və alimlər öz əsərlərində dönə- dönə “Tanrı” sözünü işlətmiş və heç bir vaxt,heç bir kimsə tərəfindən narazılıqla qarşılanmamışlar.Bu azman şəxsiyyətlərin “Tanrı“ sözünüişlətməkdə bir sakıncagörmədikləri halda buğun “Allah” sözü yerinə “Tanrı” sözünüişlətməkdə nə qəbahət ola bilər? “Tanrı” sözünüişlətməyin “günah” olduğunu düşünmək ağla sığa bilərmi?                                                                                                      .         “Allah” sözü yerinə “Tanrı” sözünün işlədilməsinin “günah” olduğunu söyləyən bəzi cahil din adamlarıbilməlidirlərki,Allahın 99 adında “Tanrı” sözüyoxdursa,bu,o demək deyil ki,Tanrı sözünü işlətmək “günah”dır.Maraqlıdır,nədən Allahın 99 adında olmayan Farsların “Xüda,Mövla, Yəzdan” sözlərinin işlədilməsində heç bir “günah”axtarmayanlar Türklərin “Tanrı” sözünə beləqısqanclıqla,hətta qəddarcasına yanaşırlar ? Bunun bircə adı var: “Türk düşmənçiliyi ! “.                                                                                                                                     .         Göy Tanrı dininə aid hələlik kutsal bir Kitab əldəedilmədiyindən Türklərin bu qədim dini ilə bağlı ilk yazılı mənbə kimi Orxon-Yenisey abidələrini,qədimOğuznamələri və Dədə Qorqud dastanlarını qəbul etmək olar.Çünkü bu abidələrdə Göy Tanrı inancı ilə bağlı bir çox suallara cavab tapmaq mümkündür.Beləki,Göy Türk Xaqanlığına aid Orxon abidələrində Göy Tanrı dini ilə bağlı bir yazıda göstərilir ki: “TanrıöncəGöyü,sonra Yeri yaratdı.İkisinin arasına da İnsanı qoydu”(Bax: Kültəkinabidəsi,doğuüzü).”Bütün zamanların sahibi Tanrıdır.İnsanoğluölmək üçün yaradılmışdır” (Bax:Kültəkinabidəsi,quzeyüzü).”Tanrı buyurduğu üçün Xaqan oldum”(Bax:Kültəkin abidəsi, güney üzü) və s.                                                                                                                                           .      İkinci Göy Türk Xaqanlığının miras qoyub getdiyi yazılı abidələrdə Tək Tanrılı bir din olduğu kəsinlik qazanan “Tenqriçilik” və ya “ Göy Tanrıinancı”nı təsdiqləyən onlarla fakt mövcuddur. Bilgə Xaqan abidəsindəki “GökTenqri yaratmış”,”TenqritəqTenqri yaratmış Türk BilgəKağan” kimi ifadələr göstərir ki,Göy Tanrı Göy Türk mədəniyyətindəən böyük rol oynamış və hətta o dövrdəən parlaq dövrlərindən birini yaşamışdır.Göy Türk Xaqanları xalqı tərəfindən Tanrının seçdiyi “Elçi”olaraq qəbul edilmişdi.                                                                                                          .       Göy Türklərdə xalqın bütünlüyünü qorumaq üçün Tanrıçılığa böyük önəm verilmişdi.ÇünküŞərqi Hun İmperatorluğunun çöküşündən sonra hökmdar oğullarının Çinlilər tərəfindən bir-biri ilə düşmənçilik etdiyi üçün Türk ulusu böyük sorunlar yaşamışİmperatorluğun güneydə qalan hissə-sindəki Türklər Çinlilərin qızlarına,dadlı sözlərinə və ipəyinə aldanaraq onlarla evlənmələrindən dolayı bu dövrdə və ondan sonrakıdönəmlərdəTabqaç Türkləri kimi bir çox Türk topluluğu Göy Tanrı dinindən uzaqlaşaraq Çin Buddizminin təsiri iləÇinlilər arasında əriyərək Çinliləşmişdilər. Göy Türk hökmdarıBilgə Xaqan ata-babalarının yapdığı bu xətalarıöz daş yazılarında Çinlilərdən gələn təhlükələri bir-bir qeyd etmiş vəöz xalqını ikiüzlüÇinin dadlısözlərinə,ipəyinə və qızlarına  aldanmamağa səsləmişdi.                  .        Bir Göy Türk abidəsində Göy Tanrı inancı (Tenqriçilik) ilə bağlı göstərilir ki :”Ey Türk milləti ! Üstdə (Tanrının) Göyüçökməzsə,altda (Tanrının) Yeri dəlinməzsə, Sənin elini,Sənintörəni kim poza bilər?!”.                                                                                                                               .       Göy Tanrıkultununən qədim nümunələri 3 min illik Çin qaynaqlarında “Hiunq-nu” və “Tue- kue”kimi Türkləri anladan mənbələrdəbulunmuşdur.                                                                                                                                                                                                                                                                                                                                                                                    .      Göy Tanrı dininəgörə,insanlarTəbiətə,ata-baba Ruhlarına və insanlara sayğılıyanaşmalı,bəlli qaydalara əməl edərək həyatlarınıdəngəlitutmalıdırlar.Əgər bu dəngə pis ruhların saldırısı və ya bir fəlakətdən dolayıpozularsa,Tanrıya verilən bir vəd və pis işlərdən çəkinərək yenidən yaxşı işlər görməyin gərəkliliyinə inanılırdı.                                                                                                               .        Göy Tanrını qədim Türklər heç bir zaman maddiləşdirməmiş,Onubütləşdirib tapınmamış, Onun şəklini soruşanlara :”Sonsuz Göyün maviliyi kimidir !”-deyəcavablamışlar.                                                                                                                                         .        Göy Tanrı dini Təbiətdəki bütün varlıqlarınözünəməxsus canı olduğuna və bəzilərinin kutsallığına inanan Tək Tanrılı və Ruhani bir dindir.Bu dini dünyagörüşəgörə,Göyün Ali Ruhu Tanrıdır.Qədim Türklərəgörə,insanlarözlərini Göy Tanrının,AnaTorpağın,insanları qoruyan ata- baba Ruhlarının arasında təhlükəsiz hiss edib onlara və digər Təbiət cisimlərinə dua etsələr də bu cisimləri əsla Tanrı qəbul etməməli,yalnız Tək Tanrıya inanmalıdırlar.                                                                                                                                          .       Göy Tanrı inancına görə,Göyün 7 qatıvardır.Göyün 6-cı qatında Ay,7-ci qatında isə Günəşyerləşir.Günəş və Ay müqəddəs sayılır.İkinci Böyük Turan Xaqanlığının hökmdarı Oğuz Xaqanın: “Göy çadırımız,Günəş bayrağımızdır” (“Gökkurkan,Kün tuğbolqıl”)-deyimi də bunu təsdiq edir.                                                                                                                                     .       Qədim Türklər öz Xaqanlarının qanlarının Tanrı tərəfindən kutlandırılmış olmasına inanırdılar.    Onlara görə,bu hökmdarlar Tanrıdan “kut” alaraq taxta çıxmış və Tanrının buyruğu olaraq orduları idarəetmişdilər.Qüdrətli Xaqanların Tanrıdan “kut”aldıqlarından dolayı onların adlarının önünə  “Tenqrikut” və ya “Kutluğ” kimi titullar əlavə edilmişdi.                                                                        .      Qədim Türklərəgörə,Günəş,Ay,Od və Su insanlara həyat nemətləri bəxş edən Tanrının qüdrətinin simvollar idi.Onlar belə düşünürdülər ki,”İşıq” sözü Tanrıya duyulan sevgidən törəmişdir    Onlar Tanrıya yalvarıb Ona dua edərək “Buyan” adlı enerjini əldə edəbiləcəklərinə inanırdılar.                                                                                                                    .  .                Qədim Türklərdə gecə ilə gündüzün bərabərləşdiyi 21 Mart və ilin ən uzun günü 21 Sentyabr ən önəmli Bayramlar sayılardı.Türklərin buğun belə davam edən “İlin axır çərşənbəsi”ndə od qalamaq və od üstündən atılaraq arınmaları və “Dəmir döymə” mərasimləri Göy Tanrı inancından qalma adət-ənənələrdəndir.                                                                                                                                .       Türklərin qədim Göy Tanrı (Tenqriçilik) inancına görə,gerçək Aləmlə yanaşı bir “Göy Aləmi”, bir də “Yeraltı Aləm” vardır.Bu Aləmlərin arasındakı tək bağlantı Dünyanın mərkəzində duran “Dünyalar Ağacı”dır.Bu “Ağac”a“Həyat Ağacı” da deyilir.Göy Tanrı inancına görə,bu hər iki Aləmin özlərinə məxsus 7 qatıvardır.Bu Aləmlərin hər qatında Yer üzündəki kimi həyat sürən varlıqlar vardır.Onların da Yer üzündəki insanlar kimi sayğı

göstərdikləri dəyərləri və “Kamları”vardır.Bu varlıqlar bəzən Yer üzünü ziyarət edər,lakin insanlara görünməzlər.Göy Tanrı inancına görə,Dünya sadəcəüçölçülü bir dayanacaq deyil,eynizamanda,sonsuzölçüdə, sonsuzluq içində durmadan dönən bir dairədir.Hərşey bu çənbərin içinə bağlıdır və bu dairə durmadan qocalır vəyenilənir.Dünyanınüç ölçüsü Günəşin hərəkəti,durmadan hərəkət halında olan fəsillər və bütün yaranmışların ölümdən sonra təkrar doğulan Ruhlarından yaranır.

       .                        Dünyanın Mərkəzində duran “ Dünyalar Ağacı”nın rəsmi

Bugün belə dünyanın mərkəzində durduğu güman edilən “Həyat Ağac”nın simvolu Çuvaş Türklərinin Bayrağında öz əksini tapmışdır. .                           Çuvaşstan bayrağında təsvir edilən “ Həyat  Ağacı”nın rəsmi

.        Göy Tanrı dininə (Tenqriçiliyə) görə,insan Ruhlarının “Özüt”,”Süldə”,”Kut” və ”İduk” adlı növləri vardır.”Özüt Ruhu” nəfəs almağı və bədən temperaturunu qoruyur.MahmudKaşğarlı “ÖzütRuhu”nu“Nəfs Ruhu” adlandırmışdı.                                                                                                      .        “Süldə Ruhu” İnsana insanlığını verən “Mənlik Ruhu”dur.Digər Ruhlar insan bədənini tərk edərsə,sadəcəbayqınlığa,mənliyini itirməyə və koma vəziyyətinə düşməyə yol açdığı halda “Süldə Ruhu” bədəni tərk etdikdə insan ölür.                                                                                                      .         “Kut Ruhu” Tanrının yalnız hökmdarlara bəxş etdiyi güclü bir Ruhdur.Tanrı bu Ruhhu bir Xaqana uyğun gördüyü zaman verir və uyğun gördüyü zaman da geri alır.                                        .          “İdukRuhhu” Yer sularının və bəzi digər dişi cinsli müqəddəs varlıqların adına qoşulan bir yardımçı sözdür.                                                                                                                                      .      Qədim Türklərin yayıldığı bölgələrdə yaşayan Türk qövmlərində müxtəlif söyləntilərdə və bu söyləntilərdə fərqli Ruhi ünsürlər yer almışdır ki,bunlarəsasən aşağıdakılardır:                                       —Qara Xan : Bu Ruhi ünsür Göyün ən yüksək qatında,altun bir sarayda,altun bir taxtda oturur.                                                                                                                                                    —Ayqız və ya Ayzıt : Bu Ruhi ünsür Göyün 3-cü qatında oturur.Qamlaröz dualarında onun müdhiş gözəlliyini mədh edərdilər.                                                                                                                          —Gün Ana : Bu Günəş Ruhu Günəş ilə birlikdə Göyün 7-ci,yəni ən yüksək qatında oturur.                    —Ay Ata və ya Ay Dədə : Bu Ay Ruhu Ay ilə birlikdə Göyün 6-cı qatında oturur.                                 —Alas Batır : Bu Ruh ev heyvanlarının qoruyucusudur.                                                                             —Su Yiyəsi : Bu Ruh suda yaşayan gözəl Pəri qızlardır.Onlarınözlərini ilana və quşa çevirə bilmə qabiliyyətləri vardır.                                                                                                                                     —Satılay : Bu pislik Ruhu insanların düzənini pozar,onları yoldan çıxarar,dəliedər,çarəsiz insanları intihar etməyə sövq edər ( İslam dinindəki vəsvəsə verən “Hanzər” adlıŞeytan ).                                    —Arah,Toyer,Tarila,Sabıray : Bu Ruhlar insanların Ruhları haqqında qəralar verən Ruhlardır (İslam dinindəki “Sorğu Mələkləri ).                                                                                                      —Çölpön Ata : Bu Ruh qoyunların qoruyucusudur.                                                                                  —Qənbər Ata : Bu Ruh atların qoruyucusudur.                                                                                         —Od Ana : Bu Ruh odun və ocağın qoruyucusudur.                                                                                     —Ərdənay : Bu Ruh Göy Tanrının insanlara bildirmək istədiyi qərarları onlara çatdıran xəbərçi Ruhdur ( İslam dinindəki Mələk Cəbrail ).                                                                                                    .     Göy Tanrı inancına görə,Kainat Ruhlarla doludur.Bu Ruhlar bulunduqları yerlərə və xüsusiyyət- lərinə görə müxtəlif növlərəbölünürlər.Bunların adları Türklərin fərqli ləhcə və dialektlərinə görə dəyişə bilsələr də bunlar xüsusi olaraq Tanrı tərəfindən görəvləndirilən müqəddəs xüsusiyyətə malik Ruhlar sayılırlar.Bu Ruhlar “Kuk” və “Təbiət” Ruhları olaraq iki böyük qrupa bölünürlər. Göy Tanrı inancında (Tenqriçilikdə) bəzi Təbiət Ruhlarıaşağıdakılardır :                                                                                                                                     —-Yer-Su Ruhu : Bu Ruh bir dağın,qayanın,çayın,gölün,ağacın,kəndin,binanın,hətta bir Ölkənin Ruhu ola bilər.                                                                                                                                         —-Çor Ruhhu : Bu Ruh həyat dəngəsinipozan,bədəni və ruhi xəstəliklər gətirən pis Ruhdur.                                                                                                                                                     —-Ozor Ruhları : Bu Ruhhlar Totem vəBurhan Ruhlarıolub,əsasən yaxşı Ruhlar sayılır.                     —-Körmöz Ruhları : Bu Ruhlar ölmüşQamların (Kamların) Ruhlarıdır.Bu Ruhlar yeni ölən insanların Ruhlarına yol göstərərək onları getmələri gərəkən yerlərə aparırlar.                                       —-Burhan Ruhu : Bu Ruhlar çox güclüolduğundanQamlar onlara təsir edəbilmirlər.GöyTanrı inancına görə,Burhan Ruhu bir insanı xəstəetdirsə,o xəstəni sadəcə olaraq rahat buraxmaq lazımdır.                                                                                                                               .     Tenqriçi Altay Türklərinə məxsus bəzi güclü Ruhlar bunlardır :                                                           —-Altay Xan : Bu Ruh Altay dağlarının güclü Ruhu sayılır.                                                                      —-Buncuk Toyun : Bu Ruh Buzul Toyunla birlikdə Göy Aləminin ən yüksək qatına gedən yolun keşiyini çəkən Ruhdur.                                                                                                                            —-Dəmir Xan vəTalay Xan : Bu Ruhlar Altay Türklərində güclü dağ Ruhları sayılır.                              —-Okto Xan : Bu Ruh Altay Türklərində Yer-Su kateqoriyasından güclü bir dağ Ruhu sayılır.                                                                                                                                                       .     Göy Tanrı inancına görə,Tenqriçi bir insanın Təbiətə qarşı böyük sayğısıolmalıdır.Çünkü Təbiət Ruhlarla doludur.Tenqriçilərəgörə,böyük və hündür bir dağın,yaraşıqlı yaşlı bir ağacın,bir gölün müəyyən bir Ruhu və bir mənliyi vardır.Tenqriçilərəgörə,insanlar Təbiətdən sadəcə onlara lazım olduğu qədər yaralanmalıdırlar.Əgər israfçılıq edilərsə, Tanrınıöfkələndirər və Tanrı Yer sularınıazaldar,insanlar Susuzluqdan məhv olarlar.                                                                                  

      Qədim Türklərin Göy Tanrı inancında ulaşılmasıçox çətin olan hündür Dağlar “Müqəddəs” sayılır və  Tanrıya ibadət yerləri olaraq qəbul edilirdi.Ona görə də qədim Türk qövmləri Tanrıya dua etmək üçün yaşadıqları bölgənin ən uca dağına çıxar,dizçökərək iki əlini Göyə qaldıraraq və ya diz çöküb sağəlini sol köksünün üzərinə qoyaraq sayğılı və səmimi şəkildə dua edərlərdi.Türklərin “Müqəddəs” saydıqlarıəsas dağlar bunlardır :                                                                                                  

—–Tanrı Dağları (Uyğur Türkcəsində :TenqriTav )—DoğuTürküstanda bulanan böyük dağsilsiləsidir.Tanrının Türklərə “Türk” adını burada verdiyinəinanılır.Bu Dağsilsiləsi“Tyan-Şan” dağları kimi də tanınır.

                                                              TANRI   DAĞI 

—–Xan Tenqri Dağı : Qazağıstandadır.                                                                                                             

                                                         XAN  TANRI  DAĞI

—–Savalan Dağı : Güney Azərbaycandadır.Azər Peyğəmbərin burada dünyaya gəldiyi söylənilir.                                                                                                                                               

                                                              SAVALAN  DAĞI

—-Gəmiqaya Dağı : Azərbaycanın Ordubad bölgəsindədir.Nuh Peyğəmbərin Gəmisinin burada dayandığı söylənilir.                                                                                                                                       

                                          GƏMİQAYA  DAĞ I  QAPICIQ   ZİRVƏ Sİ

—–Şah Dağ : Quzey Azərbaycanın Quba-Qusar bölgəsindədir.                                                             

ŞAHDAĞ

—–Əshabi-Kəf Dağı :Azərbaycanın Naxçıvan bölgəsindədir.Qurani-Kərimdə adıçəkilən bu mağaralı dağ indi də ziyarətgahdır.                                                                                                                             

ƏSHABİ–  KƏF   ZİYARƏTGAHI 

Ümumiyyətlə,qədim Türklərdə belə müqəddəs dağlar “Mifik Hami”sayılmışdı.Türk ozanları, aşıqları vəşairləri dağlara yüzlərləşeir həsr etmişlər.Bunların içərisində Koroğlunun “Dağlar”şeiri xüsusi yer tutur :   

                                   “…Süsən-sünbülün solmasın,

                                        Didən yaş ilə dolmasın.

                                                    Nəəksən,əkən olmasın,                                                                                                           .                                                   Lələ dönsün daşın, Dağlar !

                           …Koroğlu Sənəbəndədür,                                                                                            .                             Dərdindən pərakəndədür,                                                                                               .                             Çünkü Eyvazım Səndədür,                                                                                               .                             Olsun yaşın yüz min,Dağlar !”.                                                                                                                                                                    .        Qədim ”Köç” dastanlarının birində Türklər 40 nəsildən bəri müqəddəs saydıqları və ondan güc aldıqları bir Qayanıəlacsız qalıb Çinlilərə verməyə məcbur olurlar.Bu zaman Göy üzü anidən qəribə bir sarı rəngə boyanır vəətrafdakı quş oxumaları və Təbiətdəki digər səslər kəsilir,çöllər saralıb-solmağa başlayır.Əhalinin və sürülərinin arasında yoluxucu xəstəliklər yayılır və Təbiətdəcanlı,cansız nə varsa:”Köç,köç !”–deyə bağırmağa başlayır.Çünkü Tanrının Türklərəərməğan etdiyi kutsal“Qaya”nın düşmənə verilməsi Tanrınıqəzəbləndirdiyindən Türkləri yurdlarından qovaraq cəzalandırırdı.Bu dastanda Türk yurdunun bir qarıştorpağ-daşı belə düşmənəverilməyəcəyi ilə yanaşı, Təbiətdə olan bütün canlı və cansız varlıqların bir Ruhu olduğu inancı da açıq-aşkar görünməkdədir.                                                                                                                       .      Tarixən qədim Türklər öz yaşayış və inanışlarını daşlara həkk etmiş,Tək və Yaradıcı Qüdrəti ifadə etmək üçün Günəş rəsmini çəkmişlər ki,bu,heç də onların Günəşə tapınmağı anlamına gəlməz. Zatən qədim Türklərdə “tapınmaq” deyə bir şey olmamışdır.Onlar Tanrıya belətapınmamış,sadəcə olaraq Ona inanmış,Ona iman etmişlər.Yerdə və Göydə tək olan Günəşi isə Yaradanın simvolu olaraq qəbul etmişlər.Çünkü Günəş bütün canlılara həyat verir,torpağıcanlandırır.O,sonsuz bir enerji qaynağıdır.                                                                                                                                       .       Qədim Türklər kimi bugünkü Uyğur Türkləri dəöz dualarında : “Ey Günəşi isidən Tanrı”-deyir və bununla bildirmək istəyirlər ki,Günəşi dəisidən,Onu qızdıran bir Varlıq vardır.Bu Varlıq da məhz TANRIDIR !                                                                                                                                                                                            

Qədim Türklərin Günəş və Ayla bağlıəlimizdə olan buən qədim bəlgə “Damğalı Say”-deyilən yerdən qazıntı nəticəsində bulanan “ Qaya Rəsmi”dir.Bu rəsmin tarixi keçmiş Sovet Elmlər Akademiyası tədqiqatçıları tərəfindən eradan əvvəl 8 min il olaraq təsbit edilmişdir.Bu“Qaya Rəsmi”nə görə, Günəş və Ay Göydən Yerə Başçını (Buğu Xaqanı) xalqına təqdim etmək üçün Göy Tanrının əmri iləenmişlər.Enmişlərki,Türklərin arasından birinə Başçılıq (Buğluq,Xanlıq,Xaqanlıq ) səlahiyyəti versinlər.                                                                                                                                                   .        Günəş,Ay və Ulduzların təmsilçi olaraq Quranda da Peyğəmbərlik kimi müqəddəs bir vəzifə verilməsi iləəlaqədar işlənilməsinə rast gəlinir.Beləki,Quranın“Yunus”surəsinin 4-cü ayəsindəYunusun Peyğəmbərlik müjdəsi olaraq gördüyü yuxunu atasına anladarkən:”Atacığım! Həqiqətən mən röyada 11 Ulduzu,Günəşi və Ayıgördüm.Gördümki,Onlar mənə boyun əyirlər”.Tanrı tərəfindən müjdələnən belə insanlar özləri üçün deyil,aid olduqları xalqıüçün xidmət etmək zorundadırlar.Buzorunluq bir Görəv,birYetki və bir Müqəddəslikdir.Ona görə də qədim Türklərdə bu vəzifə ancaq “Təqdimat Törəni” ilə yalnız Qurultay çağırılaraq verilərdi.                                            .      Türklər Yer kürəsinin müxtəlif yerlərində yaşadıqlarıüçün onlar arasında fərqli cənazə və qurban kəsmə mərasimləri icra edilmişdi.Bəzi qədim Türklər ölülərinin cəsədini yandıraraq,bəziləri ağacdan asaraq,bəzilərimumyalayaraq,birçoxu isəəsasən torpağa gömərək dəfn mərasimini icra etmişlər.                                                                                              .      Qədim Türklərdə iki cür qurban kəsmə mərasimi mərasimi olmuşdur:                               1) QanlıQurban ; 2) Qansız Qurban.                                                                                      .     .         .      QanlıQurbanlarəsasən Ağ atdan olurdu.Bundan başqa qoyun,keçi və maldan olurdu. Göy Tanrıdininəgörə,heyvan qurban edərkən riayət ediləsi bir sıra vacib qaydalar var idi.Göy Tanrı inancında bütün canlıların Ruhu olduğuna inanıldığı üçün heyvanlara hörmət bəslənilər və onlara yersiz yerə əziyyət verilməz,qurban ediləcək heyvanın başı kəsilməzdi. Çünkü Göy Tanrı inancına görə,heyvanın Ruhu başında,boynunda və nəfəs yolunda idi.Ona görə də heyvan ikiyə bölünərək qurban edilərdi.Bundanbaşqa,qanınaxmaması,heyvanın sümüklərinin qırılmaması və heyvanın dərisinin qarın hissəsində olan “dəlik”dən başqa onun bütöv qalması vacib sayılardı.Heyvanın qarın hissəsindən bir hissə kəsilərək buradan heyvanın içinə əl soxular və onun əsas damarı bölünər,daha sonra heyvan iki hissəyə ayrılar və iki ayrı ocağın üstünə atılardı.Hansı hissənin alovu dik şəkildə Göyə yüksələrdisə,həmin hissə kül olana qədər ocağın üstündə saxlanılardı.İnancagörə,o hissənin ətri Göy Tanrıya xoş gəldiyi üçün qurban mərasimi belə icra olunardı.                                                                                      .     .         Qansız qurban mərasimlərində isə əsasən xüsusi seçilmiş qida maddələrindən,içki və ev əşyalarından istifadə edilərdi.Hər gün edilən və tez-tez rastlanan qurbanlar isə əsasən bir qab Qımızın bir hissəsini dörd bir yana çiləyərək onu Tanrıya və paytaxtları Ötükənə ərməğan edər,qalanını isə özləri içərdilər.                                                                                                                 .         .          Göy Tanrı inancına əməl edən qədim Türklər Göy guruldayıb ildırım çaxanda da bir qab qımız, qatıq və ya ayranla üç dəfə çadırın ətrafında dolanar,ildırım düşdüyü yerə gedər,Göy Tanrının  razılığını yenidən qzanmaq üçün at və güləş yarışları keçirərdilər.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  .        Göy Tanrı inancında Qamların xüsusi yeri var idi. Göy Tanrı inancında “Qam” (“Kam”) əslində müqəddəs sayılmazdı.O,sadəcə Ruhlar iləəlaqə yarada bildiyi və bilikli Bilgə olduğu üçün toplum ona sayğıgöstərərdi.Qamlarınən mühüm vəzifəsi yaşadığı cəmiyyətdə pozulan dəngəni təkrar düzəltmək və xəstələri sağaltmaq olmuşdur.Bu anlamda Göy Tanrı inancında insanların gündəlik ibadətləri üçün heç bir Qama ehtiyac olmamışdı.  Ona görə də digər dinlərdəki din adamlarıxaxamlar,keşişlər, mollalar iləQamlarıeyniləşdirmək doğru deyildir.                                                                                                                                             .        Bəzi Qamlar daha güclü Ruhlar iləəlaqə yarada bildiklərindən digər Qamlardan daha güclüsayılardılar.Bu baxımdan Qamlar“Ağ” və “Qara” olmaqla ikiyəayrılırdı.Bunların qabiliyyətləri və vəzifələri də bir-birindən fərqlənirdi.AğQamlar toplumdakı pozulmuşdəngələri təkrar bərpa etmək üçün çalışırdılarsa,QaraQamlar pis Ruhlarıqovmaq üçün auğraşırdılar.Qamların geyimlərinə “Manyak” deyilirdi.QamınManyağından ona güc verən və onu pis Ruhlardan qoruyan,pisliyi qorxudan bir çox əşyalar asılardı.Qamlar odla arınardılar. Çünkü Göy Tanrıinancına görə,hərşey məhz odla arına bilərdi.                                                         .     Göy Tanrıinancı(Tenqriçilik) Hun Türkləri və Göy Türklərdən sonra Çingiz Xan dönəmində son dəfəən böyük ün qazanmışdı.Türk və Moğol boylarınıbirləşdirib dünya tarixinin ən böyük İmperatorluğunu quran Temuçin(Çingiz Xan) nitqlərinə həmişəƏbədi vəƏzəli Göy Tanrının adıilə başlardı.                                                                                                      .       Göy Tanrı dini (Tenqriçilik) və ona aid bir çox maddi mədəniyyət nümunələri Hun, Avar,ÖnBulqar,Kuman və qədim dövrün bütün savaşçı Türkləri və daha sonra Çingiz Xan və davamçıları olan Qızıl Orda tərəfindən Avropaya, Elxanlılar tərəfindən isə Azərbaycana və Yaxın Şərqə gətirilmişdir.Beləki,Göy Tanrı dininə inanan Tenqriçi Hun Türklərindən qalma təşkilatlanmadakı rütbəni göstərən eradan əvvəl 3-cü əsrə aid bu Qızıl Kəmər Kilidi (qıfılı) Atillanın başçılıq etdiyi Qərbi Hun Türkləri tərəfindən Avropaya aparılmış və sonradan Türklərin bu kültür nümunəsi Avropadakı “Güləş və Boks Yarışları”nda qazanılan “Qızıl Kəmər”in əsası olmuşdur.           

                               Hun Türklərinin eradan əvvəl 3-cü əsrə aid “Qızıl Kəmər Kilidi”      

       Türklər hansı dini qəbul etmişlərsə,o dini Göy Tanrısı ilə bərabər qəbul etmiş,Göy Tanrı inancını heç vaxt tərk etməmişlər.İbnFadlanın qeyd etdiyinə görə,Oğuz Bəyi Kiçik Yanal bir müddət İslam dinini qəbul etsə də Oğuzların”Əgər Müsəlman olarsan,bizim başçımız ola bilmərsən”-sözlərindən sonra təkrar Göy Tanrı dininə qayıtmışdı.(Seçmələr bizimdir-A.Q.Bax:  İbn Fadlan,İbnFadlanSeyahatnamesi,Çeviren:LutfiDoğan,Ankara 1954 ).                                              Hətta yaxın dövrlərdə belə Avropa və Balkanlardasoyqırım yaparaq İslam dinini qəbul etmiş Türkləri məhv və sürgün etsələr də,Doğu və Orta Avropada onları Xristianlaşdırsalar da Göy Tanrıya dua edən Türk qövmlərinə rast gəlinməkdədir.                                                                                .        Ön Bulqarlar Göy Tanrıya “Tanqra”-demiş vəTenqriçilik üçün Tanrıya dua etmək yerləri olan dağların kutsallığına inanaraq Balkanlardakı ən yüksək dağa “Tanqra” adını vermişlər.Bu dağın adı Osmanlı Türkləri tərəfindən XV əsrdə “Maşallah”dağına çevrilənə qədər belə adlanmışdı.İndiki Bolqarlar bu dağa “Musala” deyirlər.Bulqarların Göy Tanrı inancı 864-cü ildə Boris Xanın( I Mikailin ) Xristianlığı qəbul etməsi ilə sona çatmışdı.AvropadakıTenqriçi Türklərin bir qismi zaman keçdikcə qədim inanclarını unutmuş və digər Slavyan və German xalqları ilə qaynayıb qarışaraq öz Türklüklərini unutmuşlar.                                                                                                                                         .      XVII əsrdən başlayaraq Sibirdəki Türk qövmləri Ruslar tərəfindən mərhələ-mərhələ Xristianlaşdırılsalar da onların Xristianlığında hələ də Göy Tanrı inancı yaşamaqdadır.Belə ki, Sibir kəndlərində əhali kəndin Papazından və hətta həkimindən daha çox kəndlərinindəkiQamlara(Kamlara) inanırlar.BugünTenqriçilik hələ də Təbiətə bağlı bir həyat sürdürən bəzi Sibir qövmlərindəyaşamaqdadır.Hətta bəzi müsəlman Türkmən və Qırğız boyları da qədim Göy Tanrı dini törələrini İslami dualar ilə qarışıq şəkildə uyqulayanQamlararastlanmaqdadır. Son əsrlərdə bir neçə dəfə Tenqriçiliyicanlandırma və müasirləşdirmə təcrübələri yapılsa da bu təşəbbüslərin Sovet Rusiyası tərəfindən şiddətli və qanlı bir şəkildə son verilmişdir.              .        Bütün bunlara baxmayaraq,buğun belə Türklərin hərhansı bir dində olmasından asılı olmayaraq əksər Türklərdə Göy Tanrı dininə aid inanclar qorunub saxlanılmaqda və hətta genişlənməkdədir. Belə ki,Sovet İttifaqı dağıldıqdan sonra Kommunist rejiminin basqısından qurtulan Sovet İmperiyasındakı bəzi Türk xalqları təkrar öz inanclarına dönməyə başlamışlar. Artıq 1990-cı illərdən başlayaraq  Tatarıstanda,Altaylarda,Qırğızıstanda,QazağıstandaTenqriçilik yenidən yayılmağa başlamışdır.İlk əvvəllər xalqın arasında yayqın olan Tenqriçilik artıq dövlət tərəfindən dəstəklənməyə başlamış, bununla bağlı İnstitutlar  yaradılmışdır. Beləliklə,1997-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə 500 min üzvü olan “Tenqriçi” bir təşkilat yaradılmışdır. Bundan əlavə Qırğızıstanda həm də Qırğızıstan Parlamentinin millət vəkili  Dastan Saryuqulov tərəfindən “TenqirOrdo”(“Tanrı Ordusu”) adlı təşkilat yaradılmış və onun tərəfindən idarə  illərin başlanolunmaqdadır.Bu Təşkilat həm də “Tenqriçilik Tədqiqat Mərkəzi”dir.Bu Təşkilat İstanbul Universitetinin“Türk Dünyası Araşdırma Mərkəzi”ilə işbirliyi yapmaqdadır.”Tanrı Ordusu”- nun tədqiqatlarına digər Türklərin də marağı artmaqdadır.                                                                           .           Qazağıstan Prezidenti NursultanNazarbayev və keçmiş Qırğızıstan Prezidenti ƏskərAkayev öz çıxışlarında Tenqriçiliyin Türk xalqlarının ortaq milli və ənənəvi inancı olduğunu təkrar-təkrar söyləmişlər.                                                                                                                                   .      .            1980-ci illərin sonu 1990-cı illərin başlanğıcında Sovet İmperiyasının çökməsi ilə Çuvaşıstanda “VattisenYaly” adı verilən və Çuvaşların etnik dinini yenidən canlandırmağa çalışan bir “Tenqriçilik” təşkilatı yaradılmış və bu təşkilatın ziyalıları Tenqriçilik inancının qədim rituallarını yenidən canlandıraraq topluma qazandırmağa nail olmuşlar.                              .          Artıq Türk dövlətlərinin bayraq və armalarında(gerblərində) Göy Tanrı inancı ilə bağlı simvollar,xüsusilə,Göyün mavi rəngi və Bozqurd simvolları öz əksini tapmışdır.Məsələn,

QAQAUZ  YERİNİN ÖNCƏKİ BAYRAĞI      QAQAUZ YERİNİN İNDİKİ BAYRAĞI

                                          UYĞUR TÜRKLƏRİNİN(DOĞU TÜRKÜSTANIN) BAYRAĞI                                      

.          Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki :                                                                              1.Göy Tanrı Təkdir,Yaradıcıdır,ən Üstündür ;                                                                                               2.Göy Tanrı bilinən və bilinməyən hər şeyin Yaradıcısıdır;                                                                          3.Göy Tanrı yaratdığı hər şeyə Özündən bir pay vermişdir ;                                                                   4.Göy Tanrı Özündən ən mühüm payı İnsana vermişdir ;                                                                       5.Göy Tanrı Kişi və Qadını bərabərhüquqlu yaradıb ;                                                                                        6.Göy Tanrı İnsanı Özünə qul,kölə deyil, Azad yaradıb ;                                                                             7.Göy Tanrı dini bəşəriyyətin ən qədim,əntəmiz,ən azad Təktanrılıdinlərindəndir ;                                                           8. Göy Tanrı dinində Tanrıya tapınma yoxdur, Ona inam və sevgi vardır ;                                        9.Göy Tanrıya qəlbən inananların daxili təmizdir ;                                                                                 10.Göy Tanrı dinindəki UmayAna,Ülgən və Erlik Xan kimi müsbət Ruhlar Göy Tanrının xüsusi köməkçiləridirlər ( İslam dinindəki Mələklər kimi );                                                                                                                    11.Göy Tanrı dinində Kainat və Təbiət Müqəddəs sayıldığından Onlardakı Günəş,Ay,Ulduzlar, Ulduz kimilər,bəzigəzəgənlər,digər astronomik cisimlər,bəzidağlar,ormanlar,çaylar və göllər də Kutsal sayılırlar ;                                                                                                                                              12.Göy Tanrı dinində tamaha,israfçılığa,yalana,təkəbbürə,ikiüzlülüyə,iftiraya və bu kimi mənfi nəsnələrə yer yoxdur ;                                                                                                                                        13. Göy Tanrı dini zinanı və oğurluğu qadağan edir.                                                                                    .    .     Bugün də Türklərdə Göy Tanrı inancından qalma bəzi adətlər yaşanmaqdadır . Bunlar əsasən aşağıdakılardır :                                                                                                                                          1. Uzaq bir yerə gedən adamın və ya adamların arxasınca Su atmaq ;                                                 2. Qorxan adamın başı üstündə Qurğuşun əridib tökmək ( Səğirləmə ) ;                                                          3. Nəzərlərdən qorunmaq üçün boyundan və ya qoldan Nəzər Muncuğu asmaq ;                          4. Taxta və ya dəmirə üç dəfə vurmaq ;                                                                                                          5. Ölən adama Məzar və Türbə yapmaq ;                                                                                                         6. Məzarların ayaq ucuna Tərlik ( Suluk ) qoymaq ;                                                                                      7. Türbədə və Məzar başında Şam yandırmaq ;                                                                                           8. Zahı yatan qadının başına qırmızı rəngli parça bağlamaq ;                                                                    9. Toy-düyündə gəlinin başına Çərəz, Düyü və Şirniyat atmaq ;                                                         10. Gəlinlərin başında Güzgü tutmaq ;                                                                                                        11. Evlənən,ölən və yeni doğulan uşağa 40 keçirmək ;                                                                           12. Kutsal sayılan Ağaclara parça bağlamaq ;                                                                                           13. Əlləri Göyə doğru açaraq Tanrıya Dua etmək və s.                                                                                                                                                        

        Tarixən Göy Tanrıdininin bir çox xalqların dövlətləri üzərində müəyyən təsirləri olmuşdur.Bu təsirlər hakimiyyət anlayışından dövlət təşkilatına,hökmdarlarınseçilməsindən vəzifələrinə qədər bütün hüquqi qurumlar üzərindəgörünməkdədir.    Qədim Türk İmperatorluqlarına daxil olan əksər xalqlar üçün Göy Tanrı dini müştərək və ümumi bir din olaraq qəbul edilmiş,Göy Tanrı Tək Tanrı sayılmışdı.                                      .     .      .          Qədim Türklərin bu çox anlaşıqlı və sadə dininə sonradan fərqli anlamlar verilmiş və bu səbəbdən də ilk sadə və saf  Göy Tanrı dini başqa din adamları tərəfindən sapdırılmışdı.Çox təəssüflər olsun ki, Türklərin bu qədim və saf dininə digər xalqların din xadimləri ilə yanaşı  başqa dinləri qəbul edən bəzi Türklər də fərqli-fərqli anlamlar verməklə kifayətlənməmiş, öncə “ Şeytan”ıuydurmuş,sonra da bu Şeytanı Tanrıya qarşı qoymuş,hətta ona “ Cəhənnəm” adlı  bir məkan “kəşf” etmişlər.Bu uydurma “tapıntılar”ın İnsanlar üzərindəki təsirini görən o “Şeytanlaşmış” din adamları insanlar üzərində qorxu yaradaraq onları asanlıqla idarə etməyə başlamışlar. Bu QORXU buğun belə insanlar üzərində öz müəzzəm təsirini göstərməkdədir.  .    .       Yazını belə bir məşhur deyimlə bitirirəm : “ Türklər Tanrını SEVƏRLƏRDİ,başqa dinləri qəbul etdikdən sonra bu sevginin yerini QORXU tutdu ! “ 

Paylaş: