Ça. Noy 12th, 2019

“Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinə start verildi

“Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsi çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisəsiindən seçilən 35 tələbə   Azərbaycan Dövlət Aqrar Universitetinə, Samux rayonu Ata Aqro MMC və Şəmkir Aqroparka səfər ediblər. Gəncə şəhərinin görməli yerləri, muzeyləri tanış olublar
“Aqrar İnkişaf Könüllüləri”nin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə 20 fevraldan “Aqrar İxtisaslaşmış Jurnalistlər” layihəsinə start verilib.
Layihə iştirakçılarını ADAU-nun müasir təhsil şəraiti, texniki baza, tələbələrin sosial həyatı, heyvandarlıq kompleksi, laborotoriyalar, maşın traktor parkı, istixanalar, vivarium, adlı auditoriyalar, kitabxana və başqa sahələr daha çox maraqlandırıb. Keyfiyyətli aqrar təhsil üçün layihə iştirakçılarında böyül əminlik yaranıb.
Cümhuriyyət muzeyində isə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçıları ilə görüşüb, universitetin inkişaf yolundan danışıb, “Aqrar İnkişaf Könüllüləri”nin işinin daha mükəmməl olması üçün tövsiyyələrini bildirib.
İştirakçılara həmçinin “Sosial medianın kənd təsərrüfatında rolu”, “Jurnalistikanın əsasları”, “Bitkiçilik”, “Heyvandarlıq”, “Torpaqdan səmərəli istifadə”, “Aqrar sahədə data analitikası və elektron kənd təsərrüfatı”, “Kənd təsərrüfatına dövlət dəstəyi”, “Aqrar məşğulluq və kənd təsərrüfatı kreditləri” mövzularında təlimlər keçiriləcək.

  

 

Paylaş: