28 Oktyabr 2020 03:56

Azərbaycan diasporu: Vətən naminə birləşmək hər birimizin borcudur

Vətəni ürəkdən sevən, onun uğrunda hər zaman cəsarətlə mübarizə aparan insanların ürəyində vətən qayəsinin digər düşüncələrin fövqündə dayanması bu günümüzün aktual məsələlərindəndir. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur.
İndiki tarixi mərhələdə Vətənə məhəbbət hər şeydən əvvəl dövlətin milli maraqlarının qorunmasında fəal iştirakda ifadə olunmalıdır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. 
Bu gün hər birimizi narahat edən yeganə problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün bütün zəruri tədbirlər görülür. Xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşir, dünyadakı proseslərin nəbzini tutmaqla öz çevikliyini artıraraq, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atırlar. Qəlbində Vətən sevgisi olan hər bir soydaşımız bu istiqamətdə öz səyini daha da gücləndirir, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü şəkildə fəaliyyət göstərir.
Cənab prezident İlham Əliyevin Dünya azərbaycanlılarının IV Qurultayındakı çıxışında qeyd etdiyi kimi: “Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”. Dövlətimizin başçısı bu sözlərlə bir daha xaricdə yaşayan soydaşlarımıza birlik mesajını göndərmiş oldu. 
Bu gün hər bir azərbaycanlını yalnız bir məqsəd birləşdirir: doğma Vətənin maraqlarının müdafiəsi, ölkəmizlə bağlı həqiqətlərin təbliği. Həm dövlətin, həm də diasporumuzun fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr barədə həqiqətlər dünyaya çatdırılır və müasir informasiya müharibəsində erməni yalanları artıq öz aktuallığını itirməkdədir. 
Ümumimilli maraqlar mövqeyindən, əqidəsindən asılı olmayaraq soydaşlarımızı bir araya gətirir. 23 fevral 2019-cu ildə keçiriləcək Ümumavropa Qarabağ mitinqinin təşkili də elə bu amala xidmət edir. Mitinqin əsas qayəsini Azərbaycan həqiqətlərinin təbliği, Vətənə bağlılıq hissi və ideyaları təşkil edir. Soydaşlarımız bu dəfə də birlik və həmrəylik nümayiş etdirərək milli mənafelərimizin qorunması naminə birləşəcəklər. Bu mitinq həmvətənlərimiz tərəfindən erməni təcavüzünün qurbanlarının haqq səsinin dünyaya çatdırılmasında növbəti mühüm bir addım olmaqla yanaşı, dünya azərbaycan¬lılarının həmrəyliyi, diasporla iş sahəsində dövlət siyasətinin prioriteti sayılan – ölkəmiz haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işinə öz töhfəsini verəcək. Bu mitinq həm də Azərbaycanı gözü götürməyən qüvvələrə bir mesajdır: Qoy hər kəs görsün və bilsin ki, həmvətənlərimiz erməni lobbisinin anti-Azərbaycan siyasətini alt-üst etmək naminə bütün qüvvələrini səfərbər edirlər. Vətən naminə birləşmək hər birimizin borcudur.
Elnur Eltürk

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri