Ca. Noy 14th, 2019

ADAU-nun alimləri Tərtərdə pambıqçılara təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin bir qrup alimin iştirakı ilə Tərtər rayonunun Dövlət Aqrar İnkişaf Mərkəzində ( DAİM) “Pambığın mütərəqqi becərilmə texnologiyası” mövzusuda təlim keçirilib. Təlim barədə
Tərtər rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru  Mehman Babayev məlumat verib.

Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professor əvəzi Nizami Seyidəliyev “Pambığın mütərəqqi becərilmə texnologiyası” , həmin kafedranın dosenti Elxan Allahverdiyev “Pambıqçılıqda növbəli əkinin mahiyyəti” , Bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi Ramiz Əsgərov isə “Pambığın xəstəlik və zərərvericilərinə qarşı mübarizə üsulları” mövzularında məruzələrlə çıxışlar ediblər.

Sonda alimlər fermerləri maraqlandıran sualları cavablandırıb.

Paylaş: