26 Oktyabr 2020 03:13

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər

Sumqayıt şəhər Mədəniyyət Mərkəzində “Dostluq” mədəniyyət evi ilə birgə  “Xocalım- ağrım mənim” adlı tədbir keçirilib. Əvvəlcə qonaqlar Mərkəzin foyesində “Dostluq” mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin aparıcıları Gülnar Məmmədova və Amil Babayev Xocalı soyqırımı və erməni haqqında geniş məlumat veriblər. Sonra “Dostluq” mədəniyyət evinin “Xəzri” mahnı və rəqs ansamblı (rəhbər Murad Paşayyev) “Xocalı”, N.Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dəcəllər” rəqs qrupunun (rəhbər Fərhad Dadaşov) ifasında “Azərbaycan bayrağı” kompozisiyaları və rəqs nömrələri nümayiş olunub, Şəbnəm Xanmədovanın ifasında “Zabul” seygahı, Muğam üçlüyünün (Firudin Ağayev, Şəbnəm Xanmədova, Leyla Məmmədova) ifaslnda “Qarabağ şikəstəsi”, Firudin Ağayevin ifasında “Zəminxarə”, Təranə Nurlunun  ifasında “Ay vətən oğlu” dinlənilib. Sonda Sumqayıt Refional Mədəniyyət İdarəsinin məsləhətçisi, Aprel döyüşləri zamanı şəhid olmuş manqa komandiri i Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək, gənclərimizə milli və vətənpərvər ruhda böyümələrini tövsiyə edib, kompozisiyada iştirak edən balaca fidanlara təşəkkürünü bildirib.

Sumqayıt Dövlət Rəsm Qalereyasında Rəssamlar ittifaqının üzvü, peşəkar rəssam Şirin Cəfərovun “Qarabağın acı tarixi” adlı fərdi sərgisi keçirilib. Sərgidə 50-ə yaxın kömürlə işlənmiş əsər nümayiş olunub. Rəssamın fərdi sərgisində Xocalı soyqırımına həsr olunmuş əsərləri ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi amansız vəhşiliyi karikatura janri vasitəsi ilə tamaşaçılara nümayiş etdirib. Təqdim olunan hər bir əsərdə rəssamın daxili mənəviyyatını karikarura janrı ilə əks etdirməklə düşmənin hiyləgər və amansız niyyətini ifşa edir. Sərgidə çıxış edən qonaqlar Sumqayıt Reigonal Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Ağsaqqal şairimiz publisist ictimai xadim dramaturq Əvəz Mahmudov, AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Sumqayıt Dram Teatrının quruluşçu rəssamı Nizami Dadaşov,Yazıçı,publisist Hafiz İmamnəzərli öz çıxışlarında erməni hiyləgərliyi və Xocalı qətliamından danışıb, Qarabağın tarixinə dair bu tipli sərgilərin keçirilməsinin vacibliyini vurğulayıblar

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi və Rafiq İsmayılov adına Xızı şəhər orta məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı – qan yaddaşımız” adlı anım tədbiri keçirilib. Tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov açaraq xalqımızın, Xocalıların başına gətirilmiş dəhşətli faciə haqqında tarixi faktlardan danışıb. Daha sonra müəllimlərin çıxışları dinlənilib, şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlər və bayatılar səslənib.Tədbirin sonunda Xocalı faciəsini əks etdirən “Xocalı – tarixi faktlarda” adlı sənədli filmə baxış keçirilmişdir.

Xocalı qurbanları Zəngilan rayon mərkəzi kitabxanasında da anılıb. Kitabxanada bununla əlaqədar kitab sərgisi təşkil olunub, kitabxananın soyqırım haqqında geniş məlumat verilib, “Xocalı fəryadı” adlı film nümayiş olunub.

Mehdiabad qəsəbə uşaq musiqi məktəbində “XXI əsrin faciəsi adlı” bədii gecə keçirildi. Gecədə şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş  şeirlər və musiqi nömrələri dinlənilib.

 

 

 

 

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri