C. Noy 22nd, 2019

İğdır “Xəzər” Kollecində Xocalı Soyqırımı anılıb

Xocalı Soyqırımının 27-ci ildönümü münasibətilə İqdırda yerləşən “Xəzər” Kollecində anım tədbiri keçirilib.
Konfransda çıxış edən Kollecin kampüs müdiri Abdullah Kukilli bildirib ki, Xocalı bizim qanayan ürəyimizdir: “Bu vəhşiliyi, soyqırımı heç bir zaman unuda bilmərik. Dünya tarixinin ən böyük insanlıq utancının müəllifi ermənilərdir.  Xocalı da həyata keçirdikləri soyqırım buna bariz sübutdur”.
Kollecin musiqi müəllimi Doğukan Türkeli və rus dili müəllimi Ulya Kalın müəllifi olduğu “Ayrılıq türküsü” və “Şəhidin arzusu” əsərləri dinlənilib.
Konfransda çıxış edən İğdır millət vəkili Yaşar Qaradağ və Xəzər Kollecinin təsisçisi Üstün Əyricə Xocalı soyqırımının dəhşətlərindən danışıb və iştirakçılara təşəkkürlərini bildiriblər.

Paylaş: