Ça. Okt 22nd, 2019

ƏHALİNİN NƏZƏRİNƏ: Kredit borclarınızı belə ödəyəcəksiniz – SİLİNƏN BORC VƏ DETALLAR

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün əhalinin problemli kreditlərinin həll edilməsi ilə bağlı fərman verib. Hüquqi dildə yazılan fərmanda əhali üçün qaranlıq qalan bəzi məqamlar var. 
Turkustan.info bildirir ki, BakuPost ReAl Partiyasının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərliyə prezidentin fərmanını şərh etdirib. N.Cəfərli bildirib ki, prezidentin imzaladığı fərman əhalinin böyük bir hissəsinin kreditlərlə bağlı problemini həll edəcək: “Hazırda ölkədə əhalinin təxminən 1,8 milyard manat kredit borcu var. Bu fərmanla əhalinin banklara mövcud borcunun yarıdan çoxunu dövlət öz hesabına ödəyəcək və əhalinin banklara 1 milyard manata yaxın borcu silinəcək”.
Картинки по запросу İqtisadçı ekspert Natiq Cəfərli
Ekspertin sözlərinə görə, banklara 10 min dollara və ya 17 min manata qədər borcu olan şəxslər əgər bu krediti 2015-ci ilin fevralında baş tutan birinci devalvasiyaya qədər götürmüşdülərsə, borclarını 1 dolların 0,78 manata olan ekvivalentində ödəyəcəklər, borcun qalan hissəsini isə banklara dövlət ödəyəcək: “Kreditlərini 2015-ci ilin dekabr ayında baş tutan ikinci devalvasiyadan əvvəl götürənlər də eyni qayda ilə 1 dolların 1,05 manata bərabər ekvivalentində borclarını ödəyəməyə davam edəcəklər və yerdə qalan hissə dövlət tərəfindən silinəcək”.
N.Cəfərli bildirib ki, ölkə başçısının bu fərmanı ilə fiziki şəxslərin banklara olan 1 milyard manata yaxın borcları dövlət tərəfindən silindi.

Paylaş: