23 Oktyabr 2020 00:05

Jurnalistlər niyə tez ölür? – Açıqlama

Son vaxtlar jurnalistlər arasında insult, infarkt və bu kimi digər səbəblərdən ölüm hallarına tez-tez rast gəlinir. Bir neçə gün əvvəl tanınmış jurnalist, “Oxu məni” qəzetinin baş redaktoru Natiq Qocaman da insultdan vəfat edib.

Mütəxəssislər hesab edirlər ki, Kütləvi İnformasiya Vasitələrində çalışan şəxslər arasında ürək xəstəlikləri onların iş fəaliyyəti ilə əlaqədar yaranır.

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Səbinə Bayramova bildirib ki, KİV-də çalışan şəxslər digər sahələrdə çalışanlardan fərqli olaraq, gündəlik travmatik hadisələrin şahidi olurlar və bu, onların psixologiyasında, səhhətində ciddi iz buraxır:

“Travmanı yaşayan şəxslərlə yanaşı, işinin gərəyi olaraq bu travmanı onlarla birlikdə yaşayanlar da var. Media sahəsi özündə bütün digər sahələri cəmləşdirdiyi üçün jurnalistlər gün ərzində onların psixologiyasına və səhhətinə mənfi təsir edən bir çox informasiyalarla yüklənirlər. Bəzən hansısa bədbəxt hadisə yerinə hər kəsdən tez çatan və bunu anbaan yaşayan jurnalistlər olur. Gərgin iş rejimi, neqativ informasiyalar və buna bənzər hadisələr onlarda posttravmatik stress pozuntusunun yaranmasına səbəb ola bilər.

Bununla yanaşı, tükənmişlik sindromu, depressiya, özünü günahlandırma riskinin yüksək olmağa başlaması və digər psixoloji problemlər özünü büruzə verir”.

Psixoloq vurğulayıb ki, jurnalist peşəsi dözümlülük, səbir tələb edir:

“Lakin elə ola bilər ki, bu, jurnalistin xarakteri ilə üst-üstə düşməyə bilər. Onlar bəzən məruz qaldıqları bu travmaları görməzdən gəlirlər. Bunun üçün müvafiq qurumlar tərəfindən media işçilərinin dəstəklənməsi və qorunması vacibdir. Bu sarsıntılardan özünü xilas edə bilməyən insanlar mütləq mütəxəssis dəstəyi almalıdırlar. Travmadan sonra yaranan psixoloji problemlərin qarşısı alınmadıqda bu, müəyyən müddətdən sonra infarkt, insult kimi bioloji xəstəliklərlə nəticələnə bilər”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri