25 Oktyabr 2020 09:06

Sumqayıtda nə baş vermişdi?

Əvvəlcə hadisələrin xronikasını sadalayaq:
1945-ci ilin payızı – Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı ilk müraciəti. Ermənistan Kommunist Partiyasının rəhbəri Q.Arutyunov 1945-ci ilin noyabrında Stalinə məktubla müraciət edərək DQMV-nin Qarabağ vilayəti kimi Ermənistanın tərkibinə daxil edilməsi məsələsini qaldırdı. Stalinin tapşırığı ilə ÜİK(b)P MK katibi Malenkov Azərbaycan Kommunist Partiyasının rəhbəri M.C.Bağırova Arutyunovun təklifi ilə bağlı sorğu göndərdi. Bağırov ərazi mübadiləsi təklif etdi: əsasən azərbaycanlıların yaşadıqları Şuşa rayonu istisna olmaqla, DQMV-nin qalan ərazisi Ermənistana keçir. Əvəzində Ermənistanın Azərbaycana bitişik və əsasən azərbaycanlıların yaşadıqları üç rayonu Azərbaycana keçir.Qərar təxirə salındı.
1948-49-cu illər – erməni repatriantların Ermənistana qayıtması bəhanəsi ilə azərbaycanlıların kütləvi surətdə köçürülməsinə başlandı. Cəmi 200 mindən çox azərbaycanlı köçürüldü.
1963-cü il – Xruşşova 2500 Qarabağ ermənisinin imzası ilə petisiya ünvanlandı. Qarabağda iğtişaşlar nəticəsində 18 nəfər xəsarət aldı. Yaranmış gərginlik 70-ci illərin əvvəllərinə qədər qaldı.
1986-cı il – Z.Balayanın antitürk “Ocaq” kitabı çapdan çıxdı.
1987-ci ilin avqustu – 75.000 Qarabağ ermənisinin adından Qorbaçova vilayətin Ermənistana birləşdirilməsi haqqında petisiya ünvanlandı. Ermənistan Elmlər Akademiyası da dövlət başçısına bu xahişlə müraciət etdi. Sentyabrda Zori Balayan, oktyabrda isə Anastas Mikoyanın oğlu Sergey xarici mətbuatda Qarabağ mövzusunda çıxış etdilər.
17-18 oktyabr -Yerevanda ilk mitinqlər. Qorbaçovun müşaviri A.Aqanbeqyan Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə verilməsinin məqsədəuyğunluğu haqqında Parisdə bəyanat verdi.
Noyabr, 1987-ci il – Ermənistandan ilk azərbaycanlı qaçqınlar.
1988-ci ilin əvvəlləri – Ermənistanın Qafan rayonunda kütləvi toqquşma və iğtişaşlar.
25 yanvar – yüzlərlə azərbaycanlının Azərbaycana qaçmağa məcbur olması.
20 fevral – Stepanakertdə DQMV Xalq Deputatları Sovetinin sessiyası.
Azərbaycan SSR, Ermənistan SSR və SSRİ Ali sovetlərinə DQMV-nin Azərbaycanın
tərkibindən çıxıb Ermənistana birləşdirilməsinə icazə verilməsi xahişilə müraciət qəbul etdi.
21 fevral -Azərbaycan radiosu və televiziyası: DQMV-də iğtişaşlar ekstremist qruplar tərəfindən təşkil olunub.
22 fevral – DQMV ərazisində ermənilərin Əsgəran yaşayış məntəqəsinin yaxınlığında “qayda-qanun yaratmaq” üçün Ağdamdan Stepanakertə yollanmış çoxsaylı azərbaycanlılar, onların yolunda qoyulmuş milis-qoşun dəstələri və yerli əhali arasında odlu silahdan istifadə olunmaqla toqquşmalar baş verdi. Toqquşmalar nəticəsində 2 azərbaycanlı həlak oldu, 50 nəfər bədən xəsarəti aldı.
23 fevral – Ermənistandan azərbaycanlı qaçqınların sayı 4.000 nəfərə çatdı.
26 fevral – Sumqayıtda Lenin adına mərkəzi meydanda Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun Dağlıq Qarabağ və onun ətrafındakı hadisələrlə əlaqədar Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciəti münasibətilə azsaylı mitinq keçirildi.
26 fevral axşamı – Azərbaycan KP MK birinci katibi Kamran Bağırov və hökumət sədri Həsən Seyidov Sumqayıta gəldi. Onlar axşam Kimyaçılar klubunda şəhər sakinləri ilə görüşdü. Kəskin suallar və ittihamlar səsləndirildi. Respublika liderləri arxa qapıdan qaçaraq Bakıya qayıtdılar.
27 fevral axşamı – tribunaların çıxışları zorakılıq hərəkətlərinə keçdi.
28 fevral – ən böyük zorakılıq hərəkətləri.
28 fevral axşamı – Bakıdan Sumqayıta Sov.İKP MK təşkilat- partiya işi şöbəsinin müdir müavini Q.Xarçenko və SSRİ DTK sədrinin birinci müavini, ordu generalı F.Bobkov gəldi. Q.Xarçenko: “Biz gələndə Sumqayıtda artıq 15 nəfər həlak olmuşdu”.
29 fevral – Sumqayıta təyyarələrlə SSRİ DİN daxili qoşunlar alayı yeridildi və Bakı ümumqoşun məktəbinin kursantları gətirildi. Qoşun yeridilməsinə baxmayaraq, bəzi rayonlarda qətl və talanlar davam edirdi, çünki qoşunların döyüş sursatı yox idi və talançılara qarşı güc və silah tətbiq etmək əmri verilməmişdi. Zərərçəkənlərin müdaxilə çağırışlarına zabitlər və əsgərlər cavab vermirdi.
29 fevral – Sov.İKP MK Siyasi Bürosunun Sumqayıt hadisələri ilə bağlı iclası keçirildi. Sumqayıtda komendant saatı tətbiq olundu.
Keçmiş SSRİ dövlətinin başçısı M.Qorbaçovun məsləhətçisi akademik Abel Aqanbekyan 1987-ci ildə Fransada nəşr olunan “Humanite” jurnalındakı məlum çıxışı ilə dünyaya səpələnmiş bütün ermənilərə Qarabağın müstəqilliyi uğrunda mübarizəsinin başlandığını elan edəndən sonra ermənilər və onların havadarları hərəkətə gəldilər. Ermənilər və onların Moskvadakı havadarları bu məsələni şişdirmək, müzakirə obyektinə çevirmək, milli qırğınlar törətmək və nəhayət, erməniləri silahlandırıb Azərbaycan xalqının üstünə qaldırmaq və məsələni silahlı təcavüz yolu ilə həll etmək variantlarını hazırlamışdılar. Planın tərkib hissələrindən biri də Sumqayıtda ermənilərin qırğınını təşkil etmək idi.
Məlumdur ki, sovet hökuməti özündən əvvəlki imperiyanın siyasətinidavam və inkişaf etdirərək Qərbi Azərbaycan torpaqlarında paytaxtı bizim İrəvan şəhəri olan Ermənistan dövləti yaratdı. Ancaq ermənilər və ermənipərəst sovet hökuməti Azərbaycana qarşı torpaq iddialarından əl çəkmədilər. 1948-1953-cü illərdə Anastas Mikoyanın Stalinlə razılaşdırılmış planına əsasən azərbaycanlılar qədim ata-baba yurdlarından deportasiya edildilər.
Xüsusi qeyd etməliyik ki, nəinki Qarabağı, hətta bütün Azərbaycan torpaqlarını işğal etmək məqsədi gündən çar Rusiyasının və sovet dövlətinin siyasəti bizim torpaqlardan, ilk növbədə, Türkiyəyə qarşı platsdram yaratmaqla şərtlənir və burada onların niyyətləri üst-üstə düşürdü. Biz hamımız bilirik ki, torpaqlarımızı ələ keçirmək və dövlət qurmaq ermənilərin illərlə arzuladıqları, lakin əlçatmaz məqsədləri idi. Məhz buna görə də, Dağlıq Qarabağda ermənilərin yaşadığını bəhanə edərək orada ajiotaj yaratdılar və bu ərazini Ermənistana birləşdirmək planlarını işə saldılar. Bu çirkin planın müəllifləri və rəvac verənləri Raisa və Mixail Qorbaçovlar, Zori Balayan, Silva Kaputikyan, Sero Xanzadyan, Georgi Şahnazaryan, Abel Aqanbekyan və başqaları idi. Onların “dirijorluğu” ilə Sumqayıtda qırğın planlaşdırıldı və həyata keçirildi.
Məlum idi ki, Sumqayıt çox millətli şəhər kimi respublikanın ikinci böyük sənaye mərkəzidir və bütün SSRİ-də müəyyən qədər tanınmışdı. Baş verəcək qırğında əli olduqlarını danmaq və ya izi itirmək üçün Ermənistandan və Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqda olan Sumqayıt daha əlverişli sayılırdı. Qaniçən cəlladlar yaxşı bilirdilər ki, Sumqayıtda yaşayan ermənilərin əksəriyyəti xırda sənətkarlıqla məşğul olurdular. Ziyalılar, alimlər və tanınmış şəxslər isə çox az sayda idi. Ermənilər “ümumi işi” naminə öz erməni soydaşlarını güdaza verməkdən belə heç də heyfslənmədilər. Nəhayət, Ermənistandan və Dağlıq Qarabağdakı isti yurd-yuvasından zorla qovulmuş qaçqınların böyük bir qismi Sumqayıtda məskunlaşdırılmışdı və onlar ermənilərə qarşı hər hansı tədbirə, o cümlədən qisas almağa hazır idilər.
Sumqayıt hadisələrinə iki gün qalmış qatı millətçi olan Silva Kaputikyan televiziya ekranından erməni əhalisinə müraciətlə demişdi: “Qarabağ tarixən Ermənistanın olub. Bizim əsas məqsədimiz hər iki torpağı birləşdirmək deyil, əsas məqsəd tarixən bizə vurulan yaranı sağaltmaqdır. Xalqımız böyük faciələrə düçar olub, lakin xalqımız müdrik xalqdır. Biz öz müdrikliyimizi M.Qorbaçova köməklikdə göstərməliyik. Çünki yenidənqurmanın, demokratiyanın düşmənləri çoxdur, onlar bir cəbhədən çıxış edib bizim planları poza bilərlər. Buna görə də hər bir yolla ona kömək etməli və tarixi torpaqlarımızı geri qaytarmalıyıq”.
Sumqayıt hadisələrinin təhlili göstərir ki, şəhərdə yaşayan ermənilərin böyük əksəriyyəti bundan xəbərdar imiş. 1988-ci il fevralı 27-29-da törədilmiş hadisələrdə 32 nəfər öldürülmüş, 400 nəfərdən çox insan bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil zədələnmiş, dövlətə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vurulmuşdu. Erməni ziyalılarının bir çoxu bu hadisələrdən dərhal sonra antiazərbaycan təbliğatına başladılar. Qatı millətçi olan yazıçı S.Xanzadyan “Yurmala” qəzetinə verdiyi mühasibədə faktları təhrif edərək Sumqayıtda 450-dən çox adamın öldürüldüyünü və onların hamısının erməni olduğunu bildirirdi.
Z.Bünyadov erməni separatçısı Nvard Avakyanın dediyi “Sumqayıtda bizim əlimiz yoxdur, ora bizdən 400 kilometr uzaqda yerləşir” fikrini əsaslı arqumentlərlə alt-üst etdi. Daşnakların məkrli planlarının ifşa edilməsi işinə K.Rəhimov və bir çoxları qoşuldular. Onlar sübut etdilər ki, Sumqayıt qırğının təçkilatçıları azərbaycanlılar yox, ermənilərdir.
Azərbaycan xalqının görkəmli oğlu, akademik Z.Bünyadov “Nə üçün Sumqayıt?” məqaləsində ermənilərin və bu qanlı hadisənin törədilməsində marağı olan digər qüvvələrin məkrini öz məntiqli mühakimələri ilə təkzib etmiş, aksiyanın, faciənin hansı məqsədlər üçün həyata keçirildiyini açıq göstərmişdir. Çox təəssüf ki, həmin dövrdə Azərbaycan rəhbərliyi Kremlin göstərişlərini əsas tutaraq Sumqayıt hadisələrinin guya bir qrup xuliqan ünsürlər tərəfindən törədilməsi faktı ilə razılaşdı. Sumqayıt hadisələri Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması prosesini daha da sürətləndirdi. Azğınlaşmış ermənilər kəndlilərə hücum etdilər, azərbaycanlı əhalini öz dədə-baba torpaqlarından didərgin saldılar. Sonralar məlum oldu ki, bu zaman 400 nəfərdən çox azərbaycanlı müxtəlif işgəncələrlə öldürülmüş, 230 min soydaşımız doğma Vətənindən qovulmuşdur. əslində planlı şəkildə hazırlanan Sumqayıt hadisələri ilə Azərbaycan xalqının heç bir əlaqəsi yoxdur. Dünya ictimaiyyəti dərk etməlidir ki, bu aksiya SSRİ-nin milli münaqişələr zəminində dağıdılmasına xidmət etmiş, Sumqayıt isə sadəcə əlverişli bir yer kimi seçilmişdi. Xalqımız bütün dövrlərdə, eləcə də bu gün hər cür irqi ayrı-seçkiliyi, qatı şovinizmi rədd edir, öz ərazisində yaşayan bütün xalqlara və millətlərə qayğı ilə yanaşı, tolerantlıq nümayiş etdirir.
Sumqayıt hadisələri: Qriqoryan kim olub? – FAKTLAR
Keçmiş SSRİ hakimiyyəti və erməni xüsusi xidmət orqanlarının Sumqayıt şəhərində törətdiyi hadisələrdən 31  il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirdi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.
Sumqayıt hadisələri əslində Ermənistan xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi. Bunu sübut edən kifayət qədər faktlar var.
Hadisələrin bilavasitə şahidlərinin ifadələrindən görünür ki, iğtişaşları təşkil edən “qara plaşlı”şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bəzi hallarda erməni dilində danışıblar, Azərbaycan dilini isə təmiz biliblər və hadisələr zamanı insanlar arasında ermənilər əleyhinə təbliğat aparıblar, camaata spirtli içkilər, güclü təsiredici həblər, dəmir parçaları və s. paylayıblar.
Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib. Həmin dəstəyə isə “Paşa” ləqəbli Qriqoryan Eduard Robertoviç adlı bir erməni başçılıq edib. Qriqoryanın həmin dəstənin ən fəalı olnası şahid ifadələri əsasında sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri məhz Qriqoryanın “payına düşür”. 
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını isə zorlamışdır. Bundan başqa onun bir dəstə rəhbəri kimi törədilmiş bütün cinayətlərdə əlinin olduğunu tərtib olunmuş ittiham aktları sübuta yetirir. 
Maraqlısı ondan ibarətdir ki, hadisələr zamanı Sumqayıtda yaşayıb separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilər qətlə yetirilmişdi. Bu barədə Eduard Qriqoryan ətraflı təlimatlandırılmış və ona Sumqayıtda yaşayan həmin ermənilərin dəqiq siyahısı və ev ünvanları verilmişdi.
Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal icra olundu. Əsas günahkar Qriqoryana isə 12 il iş kəsildi, lakin bir neçə ildən sonra o, azadlığa buraxıldı. 
Sual yaranır:Kim idi bu erməni? Nəyə görə o, millətinə qarşı cinayətdə iştirak edirdi? 
Bu şəxsin kim olduğunu öyrənmək üçün SSRİ istintaq qrupu tərəfindən hazırlanmış ittiham aktlarına nəzər yetirmək kifayətdir. Həmin aktlar Qriqoryanın kimliyi barədə aydın təsəvvür yaradır.
İttiham aktından görünür ki:
16 dekabr 1959-cu ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olmuşdur, milliyyətcə erməni, bitərəf, orta təhsilli, ailəlidir, himayəsində yetkinlik yaşına çatmamış iki uşağı var, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, ev 19/13, mənzil 20 ünvanında pasport qeydiyyatındadır, faktiki olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 71 ünvanında yaşayır, Azərbaycan Boru Prokatı zavodunda Stan-140 qurğusunda çilingər işləyir, dəfələrlə məhkum olunmuşdur: 1) 17 dekabr 1976-cı ildə Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən Azərbaycan SSR CM-nin 207- ci maddəsinin 3-cü hissəsi ilə 3 il azadlıqdan şərti məhrumetmə cəzasına; 2) 30 yanvar 1981-ci ildə Azərbaycan SSR CM-nin 105-ci maddəsi ilə əmək haqqının 20 faizi tutulmaqla 1 il islah işlərinə; 3) 5 aprel 1982-ci ildə Azərbaycan SSR CM-nin 108-ci maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 2-ci hiss əsi, 215-3-cü maddənin 2-ci hissəsi və 215-ci maddəsi ilə 5 il 2 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
Əvvəllər müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunmuş E.R.Qriqoryan 1988-ci il fevralın 28-də Sumqayıt şəhərinin mikrorayonlarında və məhəllələrində talanlar, dağıntılar, qəsdən yandırmalar və başqa oxşar əməllərlə müşayiət olunan kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə, bu iğtişaşların gedişində erməni millətindən olan vətəndaşların şəxsiyyəti və şəxsi mülkiyyəti əleyhinə bir sıra cinayətlər, eləcə də milli düşmənçiliyin və ayrıseçkiliyin qızışdırılmasına yönəlmiş əməllər törətməkdə ittiham edilir.
Qriqoryan zahirən qətiyyən erməni görkəminə malik birisi deyildi. Onu daha çox rusa, ləzgiyə oxşatmaq olardı. Buna görə də yaxın ətrafında olan qısa dairədən başqa hamı onu ləzgi kimi tanıyırdı. Məhz bu səbəbdən, həm də Azərbaycan dilində təmiz danışdığından, onun baş verən cinayətlərdəki aktivliyi heç kimdə şübhə doğurmurdu.
Qriqoryanın həmin Sumqayıt hadisələrini törədən dəstəyə rəhbərlik etməsi istintaq prosesi zamanı üzə çıxırdı. O, dəstə üzvləri arasında xüsusi nüfuza malik idi. Bu nüfuz qorxu səviyyəsinə gəlib çıxmışdı. Belə ki, məhkəmə iclaslarında bəzən təqsirləndirilən şəxslər çarpaz suallara cavab verilərkən, həqiqəti söyləyəndə, Qriqoryan bir baxışı ilə onları dərhal susdurur və dediklərindən imtina etməyə məcbur edirdi. Ümumiyyətlə, təqsirləndirilən şəxslər ifadə verərkən, bir gözləri daim Qriqoryanda olur, mimikasını izləyirdilər və onun mimikasındakı, hərəkətlərindəki hər hansı dəyişiklik onların ifadələrini dəyişməsinə kifayət edirdi.
Yuxarıda qeyd etdiyimiz kimi Sumqayıt hadisələrinin əsas “günahkarı” kimi Əhməd Əhmədov adlı azərbaycanlıya ölüm hökmü verildi və hökm dərhal icra olundu. Qriqoryana isə əvvəlcə 12 il həbs cəzası verildi. SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etdi. Bir müddət sonra o, cəzasını çəkmək üçün Ermənistana göndərildi və orada azadlığa buraxıldı. 
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu da etiraf edib. Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da təsdiq edib.
İstintaq materiallarında ixtişaşlara Azərbaycan türkü Əhməd Əhmədov və erməni Eduard Qriqoryanın rəhbərlik etdikləri bildirilirdi. Erməninin bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bəzi faktlara müraciət etməyə ehtiyac var. 
Zərəçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. 
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. 
İstintaq materiallarının başqa bir yerində göstərilir ki, “E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb”.
E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycan türkü Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal icra olundu. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı.
Bu hadisələr məşhur deyimi bir daha təsdiq etdi: “Ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”. Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar. 
Ermənilər qanlı terror aktlarını davam etdirirdilər. Martın 10-da İrəvandan cənubda Azərbaycan türklərinin yaşadıqları Mehmandar kəndinin 4 sakini qətlə yetirildi, martın 25-də Ararat rayonunun kəndlərində 100-dən artıq ev yandırıldı, əhalisi qovuldu. Ermənistanın Azərbaycan türkləri yaşayan kəndlərinə hücumlar adi hal aldı”.
“Mərkəzi hakimiyyət orqanları hadisələrdən xəbərdar idi. Sumqayıtda kütləvi iğtişaşların qarşısını almaq üçün ordudan istifadə etmək kifayət idi. Lakin sonralar Mixail Qorbaçovun Sumqayıtla, Bakıda 20 Yanvar hadisələri ilə, Alma-Ata, Tbilisi və Vilnüslə bağlı bəyan etdiyinə görə, “biz bir-iki gün gecikdik”. Bu, həyasızcasına yalandır. SSRİ müdafiə naziri Dmitri Yazov xatirələrində göstərirdi ki, “biz orada idik və Mərkəzdən göstəriş gözləyirdik, lakin göstəriş gəlmədi”, – Azərbaycan baş prokurorunun müavini vurğulayır.
Bəs Sumqayıt faciəsi hansı səbəblərdən mümkün oldu? Hadisələr daxili səbəblərdən törəyən idi, yoxsa planlaşdırılmışdı? Bu suallara müəyyən dərəcədə faciədən əvvəlki hadisələrin xronikası cavab verir. Münaqişənin birtərəfli, ardıcıl və planauyğun surətdə qızışdırılması labüd şəkildə kortəbii reaksiyaya və qan tökülməsinə gətirib çıxarmalı idi, bundan sonra geri qayıtma qeyri-mümkün olmasa da çox müşkül oldu.
Bu gün bəşər tarixinin ən parlaq şəxsiyyətlərindən biri olan Heydər Əliyevin siyasi varisi prezident İlham Əliyev təməli qoyulmuş uğurlu siyasəti müvəffəqiyyətlə davam etdirir. İqtisadi cəhətdən güclənmiş ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yollarında uğurlu işlər aparır.
Nüsrət Məmmədov 
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti, 
Eqemberdi Ermatov adına mükafatın laureatı

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri