Ça. Okt 22nd, 2019

Üzərində yadplanetli simvolları olan qəribə daş tapıldı – FOTO

Sosial şəbəkədə qəribə bir daşın fotoları yayılıb.

Turkustan.info Milli.Az-a istinadən bildirir ki, fotoları paylaşan şəxs bu barədə məlumat da verib. O, bildirib ki, məzuniyyəti dövründə Yaponiyanın Okinava adasında olub və çimərlikdə belə bir daş tapıb.

Daşın üzərində tünd qırmızı rəngli rəsmlər var və bu rəsmlər düz xətt, kvadrat və üçbucaqlardan ibarətdir. Müəllif bildirir ki, daş insan tərəfindən yaradılan süni daş deyil. Təbiət də daşın üzərinə bu qədər qəribə simvol və təsvir çəkə bilməzdi.

Fotoya rəy yazanların böyük əksəriyyəti isə, artefaktın yadplanetlilərə məxsus olduğunu bildiriblər. Onların fikrincə, daşın üzərində şifrələnmiş vacib informasiya ola bilər.

Üzərində yadplanetli simvolları olan qəribə daş tapıldı - FOTO

Paylaş: