27 Oktyabr 2020 18:50

Aİİ-nin Xocalı faciəsi haqqında hazırladığı məqalə Türkiyə mətbuatında dərc olunub

Türkiyənin“Anadolu” xəbər agentliyi və“Millet”qəzetində Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlıhazırladığı məqalədərc olunub.

“Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!” başlıqlı məqalədə qeyd olunur: “Türkmənçay müqaviləsindən sonra böyük axınla qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər öz havadarlarının dəstəyi ilə azərbaycanlıları doğma yurdlarından çıxararaq, özgə yurdda özlərinə “vətən” yaratmağa nail oldular. Sözügedən müqavilədən sonra, onlar qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Ağbaba, Vedi, Dərəçiçək və digər mahallara yerləşdirildilər.Zaman keçdikcə, yerli azərbaycanlı əhalini zorla öz vətənlərindən köçürməklə didərgin salmağa müvəffəq oldular”.

Məqalədə qeyd olunur ki, qonşu dövlətin “azərbaycanlılarsız Ermənistan” siyasəti 1988-ci ildə öz zirvə nöqtəsinə çatmış, yüzminlərlə həmvətənimiz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalmışdır.

Daha sonra yazıda Xocalı erməni vəhşiliyinin zirvəsi adlanırılıb.Bu faciənin miqyasını görməkdənötrü statistik məlumatlara diqqət yetirmək kifayətdir.“Çox təəssüflər olsun ki, “soyqırımına məruz qaldıq” yalanları ilə dünya ictimaiyyətini aldatmağa çalışan erməni yalan maşını Xocalı soyqırımı haqqında da oxşar metodlardan istifadə edir. Xocalıda törədilən erməni vandalizminin tarixi sübutları olan və əksəriyyəti şəhid jurnalistimiz Çingiz Mustafayev tərəfindən lentə alınan fotoları utanmadan “azərbaycanlıların ermənilərə qarşı törətdikləri qətliamın şəkilləri” kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar”,  –qeyd olunanməqalədə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasında Heydər Əliyev Fondu və bu fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətləri olduğu vurğulanır.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri