25 May 2020 17:20

Gürcüstan Qarabağda Azərbaycana dəstək verməyi qərara alıb

Salome Zurabişvilinin Bakıda səsləndirdiyi bəyanat Ermənistanda qorxu doğurub

Gürcüstan prezidenti Salome Zurabaşvilinin ilk rəsmi səfər etdiyi dövlət kimi Azərbaycanı seçməsi və Bakıda verdiyi açıqlamalar Ermənistanda ciddi narahatlıq doğurub.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, Salome Zurabaşvili Bakıda Azərbaycanın dost ölkə adlandırmaqla və yeni iqtisadi əlaqələrdən bəhs etməklə yanaşı ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini açıq aydın bəyan edib.

“Bizim ölkələrin ərazi bütövlüyü hələ bərpa edilməyib. İşğal məsələsi hələ də bizim yaralı yerimiz olaraq qalır. Bir tərəfdən bu, bizim inkişafımıza mane olur, digər tərəfdən isə bütün bu faciələrə baxmayaraq, biz öz dövlətimizi, iqtisadiyyatımız möhkəmləndirməyi bacardıq”,- deyə S.Zurabişvili vurğulayıb.

Erməni ekspertlər bunu rəsmi Tiflisin münaqişəyə yeni cür yanaşması kimi dəyərləndiriblər. Erməni ekspert Naira Ayrumyan “Lragir”də  məsələ ilə bağlı yazdığı məqaləsində bildirir ki, indiyə kimi rəsmi Tiflis məsələ ilə bağlı mövqeyini  bu qədər açıq ortaya qoymamışdı.

“Bütün bu illər ərzində, hətta ən ağır məqamlarda Gürcüstan həm Azərbaycandan, həm də Ermənistandan bərabər məsafədə uzaq durmağı bacarıb. Azərbaycanın Gürcüstandakı iqtisadi ekspansiyasına, siyasi təzymiqinə və ümumi kommunikasiya layihələrinə baxmayaraq, Gürcüstan ərazi bütövlüyünün müdafiəsi üzrə Ermənistanın da adı çəkilən təşəbbüslərə heç zaman qoşulmayıb.

Bir qayda olaraq söhbət Ukrayna, Gürcüstan və Moldovada baş verən münaqişələrdən gedib, beynəlxalq ictimaiyyət, o cümlədən Gürcüstan birmənalı şəkildə ərazi bütövlüyünün bərpasını tələb ediblər. Bütün bu münaqişələr Rusiya təcavüzü amili ilə bağlıdır ki, Qarabağ münaqişəsində bu yoxdur”,- deyə Naira Ayrumyan vurğulayır.

Erməni şərhçinin qorxusu aydındır – indiyə kimi Qarabağ münaqişəsi ilə bağlı postsovet məkanının eyni problemlə üzləşmiş ölkələri belə fərqli yanaşır, münaqişənin həllinin ATƏT-in Minsk qrupu çərçivəsində, yəni Madrid prinsipləri əsasında həll edilməsinin vacibliyini, müharibənin yol verilməz olduğunu vurğulayırdılar. Bu prinsiplər isə Dağlıq Qarabağ ətrafında 5 rayonun azad edilməsindən sonra Dağlıq Qarabağa qaçqınların qaytarılması və daha sonra muxtar vilayətin gələcək statusunun müəyyən edilməsi üçün lokal referendum keçirilməsini nəzərdə tutur. Helsinki prinsiplərinin pozulması ilə gerçəkləşdirilməsi nəzərdə tutulan bu prosedur Rusiyanın razılığı ilə Qərbin, daha doğrusu 1990-cı illərdə ABŞ-a rəhbərlik etmiş Bill Klintonun və təmsil etdiyi Demokratlar Partiyasının istəyi ilə nəzərdə tutulub – məqsəd SSRİ-nin dağıdılmasından əsas xidməti göstərmiş erməniləri mükafatlandırmaq idi.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Lakin 2016-cı ildə baş vermiş aprel döyüşlərindən sonra Almaniya federal kansleri Angela Merkel Ermənistan lideri Sarkisyanla birlikdə Berlində keçirdiyi mətbuat konfransında ilk dəfə olaraq münaqişənin ərazi böütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı. Bu, o demək idi ki, Madrid prinsipləri üzrə həll variantında referendumda Dağlıq Qarabağın Azərbaycandan çıxması ilə bağlı bənd olmamalıdır və Azərbaycan daxilində ermənilərin müstəqil idarə olunması varintları səsə qoyulmalıdır. Daha sonra Rusiya ortaya atdığı Lavrov planında ümumiyyətlə referendumdan danışmadı.

İndi isə Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Avropa Birliyinə etdiyi səfərindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyindən danışır. Diplomatik dillə bu, Azərbaycana Dağlıq Qarabağda de-fakto nəzarətini bərpa etməsi üçün müharibə hüququnun verilməsini dəstəkləmək deməkdir. Erməni şərhçiləri qorxudan əsas məsələ Zurabişviliyə Avropa Birliyinə səfəri zamanı belə bir təlimat verilməsi ehtimalıdır. Bu isə mümkün müharibə şəraitində Ermənistanın Avropanın, eləcə də Gürcüstanın dəstəyindən tam məhrum olması deməkdir. 

Paylaş:

mersin escort bayan mersin escort