23 Oktyabr 2020 06:55

Dənizdən sonra meşələr də çəpərlənir: Bir qərarın yaratdığı 4 problem

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşələri çəpərləmək qərarına gəlib.

İctimaiyyətə açıqlama verilib ki, meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsinə və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınmasına hesablanıb.

Nazirliyin sektor müdiri Sadiq Salmanov bildirib ki, bununla həm yeni əkilmiş tinglərin qorunmasına, həm meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək. 

Nazirlik rəsmisi dünya təcrübəsindən də sitat gətirməyi də unutmayıb. Onun sözlərinə görə, meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlıdır və ötən il Yunanıstanda, Kaliforniyada baş verən güclü yanğın və fəlakətlər buna bir sübutdur. S.Salmanov bildirib ki, ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub.

Doğrudur, meşələrdə çəpərlənmələrin zəruri olan sahələrdə aparılacağı bildirilsə də, bunun da hər halda vətəndaşların meşəyə getməsinin qarşısının alınacağı və narazılıq doğuracağı təbiidir.

Əslində, meşələrin çəpərlənməsi bir qədər əvvəl meşədən giləmeyvələrin yığılmasına görə cərimələrin artırılması barədə Nazirlər Kabinetinin qərarı ilə mahiyyətcə eynidir. Doğrudur, cəmi 1 gün sonra ölkə Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti məşhur “giləmeyvə qərarı”nı ləğv etdi. Amma ardınca meşələrin ümumiyyətlə çəpərlənəcəyinə dair açıqlamalar narazılıq yaratdı. Çoxları bildirir ki, çəpərin olması meşəyə gedənlərə irad bildirilməsi, onların incidilməsi üçün əsas olacaq. Burada rəsmi cərimə olmasa da, digər üsullarla vətəndaşlardan ödəniş tələb oluna bilər. Bütün bunlar isə meşələrin yaxınlığında yaşayan sakinlərin sosial vəziyyətinə təsirsiz ötüşməyəcək. Belə ki, həmin əhali arasında meşələrdən giləmeyvə toplayaraq satanlar, bununla güzəran quranlar, həmçinin meşədən toplanan odun kötükləri ilə evlərini qızdıranlar az deyil. 

Meşələrin çəpərlənməsi digər tərəfdən rəsmilərin də etiraf etdiyi kimi, mal-qaranın otarılmasının qarşısını alacaq. Ölkəmizdə otlaq sahələrinin məhdud olduğu da nəzərə alınarsa, bu, heyvandarlıqla məşğul olanlara çətinlik yaradacaq. Bir məqamı da qeyd etmək yerinə düşərdi ki, ölkəmizdə heyvandarlıq kənd təsərrüfatı sahələri arasında perspektivli sahələrdən biri hesab olunur. Amma otlaq sahələrinin məhdudluğu, ərazilərin əkin sahələri üçün ayrılması heyvandarlığın inkişafının qarşısını alır. Nəzarətsiz mal-qaranın ekologiyaya ziyan vurması bir qədər absurd səslənir. Belə ki, mal-qaranın meşəyə girməsinin qarşısı alındıqda belə, meşələrdə vəhşi heyvanlar qalmış olacaq. Belə olduqda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlara da qadağa və ya cərimə tətbiq etmək haqqında “düşünməlidir”. 

Meşələrin çəpərlənməsi bəzi bölgələrdə qış aylarında evlərin qızdırılmasında da ciddi problemlər yaradacaq. Doğrudur, yaşıllıqların məhvi yaxşı hal deyil. Lakin bir məqamı unutmayaq ki, ölkədə hələ də qazlaşdırılmayan yaşayış yerləri, kəndlər var. Xüsusən bəzi ucqar dağ kəndlərə təbii qazın verilməsi hələ mümkün olmayıb. Rəsmi açıqlamalarda ölkə ərazisinin 95 faizinin qazlaşdırıldığı bildirilsə də, rayonlarda qazlaşdırılmamış kəndlərin sayı onlarladır. Həmin kəndlərin əhalisi meşələrdə qurumuş ağac budaqları, köklərindən evlərin qızdırılmasında istifadə edir. İndi isə belə çıxır ki, bu ərazilərdə yaşayanlar uzun qış aylarında istiliksiz qalmalıdır. Çünki onlara alternativ heç bir variant təklif olunmur. 

Digər mühüm məqam vətəndaşların istirahət hüququnun məhdudlaşdırılmasıdır. Xəzər dənizinin ətrafının hasarlanması, çimərliklərin özəlləşdirilməsindən sonra meşələr də çəpərlənərsə, bu, vətəndaşların təbii nemətlərdən mərhum edilməsinin növbəti mərhələsi hesab oluna bilər. 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə nazirlik əməkdaşları kimi meşələrin çəpərlənməsinə haqq qazandırır. O, “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mal-qara otaranların ehtiyatsız hərəkətləri meşə yanğınlarına səbəb olur, eləcə də mal-qaranın meşədə otarılması ekologiyaya ziyan vurur: “Bunun qarşısını almaq üçün çəpərləyirlər. Kamera quraşdırılıb, amma görünür ki, bununla təbiətin qorunması mümkün olmur”.  /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri