13 İyul 2020 11:28

“Ara, nə baş verir? Bu ailə büdcəni dağıtdı…” – Paşinyanın ailəsinin Brüssel macəraları

Belçikaya səfər zamanı Ermənsitanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Nikol Paşinyanı və qızı Məryəmi də özü ilə götürüb.

Turkustan.info “Hraparak” qəzetinə istinadən xəbər verir ki, əvvəlcə Paşinyanın administrasiyası onun Belçikaya ailəsi ilə yollandığını xəbər verməyib.

Lakin sonradan erməni baş nazirin mətbuat katibi nəşrin sorğusuna cavab olaraq Anna Akopyanın ərini müşayiət etdiyini təsdiqləyib.

Belçikadakı şəxsi mənbələrinə istinad edərək, qəzet yazır ki, Ermənistanın bütün diplomatik korpusu Anna Akopyanla Məryəm Paşinyanı əyləndirməklə məşğul olub. Onları bahalı restoranlara və firma mağazalarına aparıblar.

Diplomatlara əvvəlcədən Paşinyanın arvadının və qızının Belçikaya səfərini gizli saxlamaq təlimatı verilib.

Anna Akopyanın Belçikaya səfəri ilə əlaqədar qalmaqal başlayandan sonra Paşinyanın arvadı sarkazm hissi qatmaq istədiyi məqalə dərc edib.

“Düşünürəm ki, mənim və Məryəmin xərclədiyi məbləğlər yüz minlərlə dollara çatır, erməni diplomatik korpusu bizi müşayiət edərkən iflic vəziyyətinə düşmüşdü və bizim şıltaqlıqlarımız üzündən büdcə ciddi itkilərlə üzləşəcək – bütün bunlar ictimaiyyətdən gizlədiləcək. Hamıdan xahiş edirəm ki, əsəbiləşməsinlər və səbrli olsunlar, belə ki, bu, düşünüldüyündən daha ciddi mövzudur və mən buna mütləq toxunacağam”, – baş nazirin arvadı yazıb.

Öz növbəsində, Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində arvadının böyük qızı ilə Brüsselə səfəri barədə yazdığı yazısını paylaşaraq, şərh bölməsində belə qeyd edib: “Xanım Akopyan, haqqınızda KİV-lərdə yazılanlar vecinizə gəlmir?”

“Ara, nə baş verir? Bu ailə ölkənin büdcəsini yedi-bitirdi. Tezliklə hamısını yeyəcək. Köməyə gəlin! Kömək edin!”, – baş nazir bunu yazmaqla, Brüsselə səfəri zamanı ailə üzvlərinin onu müşayiət etməsi ətrafında səs-küy yaradanlara ironiya ilə cavab verib.   /Virtualaz.org/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin