28 Noyabr 2020 00:07

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Ata və oğul diri-diri yandı

Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində iki nəfər dünyasını dəyişib.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.  Kənd sakini 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğluna məxsus ümumi sahəsi 20 kvadratmetr olan bir mərtəbəli bir otaqlı ev yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirov və övladı 2013-cü il təvəllüdlü Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.

Paylaş: