Bz. Avq 25th, 2019

Poroşenko ölkədən qaçmağa hazırlaşır: SABİQ NAZİR

Ukrayna prezidenti Petro Poroşenko seçkidən sonra ölkədən qaçmağa hazırlaşır.

Turkustan.info xəbər verir ki, bunu ölkənin sabiq iqtisadiyyat naziri Vladimir Lanavoy deyib.

Sabiq nazirin sözlərinə görə, dövlət başçısı seçkini uda bilməyəcəyini anlayır. Çünki ikinci dönəmdə ordunun indiki durumu, korrupsiya, seçki hüququnun pozulması və konstitusiyaya zidd addımlara görə cavab verməli olacaq.

Məlumatda o da bildirilir ki, Ukraynadan qaçacağı təqdirdə Poroşenko  ona məxsus olan gəmi zavodunu satmağı planlaşdırır. Bu zavodun gəlirləri son ildə 82 dəfə artıb.

Bundan başqa sabiq nazir qeyd edib ki, dövlət başçısı Donbasda hərbi əməliyyatları artırmaq niyyətindədir: “Poroşenko bundan müdafiə büdcəsindən oğurlanan vəsaitlərdən xeyir götürür”. 

Lanavoy iddia edir ki, dövlət başçısı müəyyən edilən müəssisələrlə saziş bağlayır və bundan da qazanc əldə edir.  /Cebhe.info/

Paylaş: