Şb. Okt 19th, 2019

İranda SKANDAL: Məmmədyarovu səfir kimi təqdim etdilər – RUHANİNİN SAYTINDA

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən, martın 9-da, Tehrana səfər edib və İran rəhbərliyi tərəfindən qəbul olunub. Lakin İran prezidentinin və ölkənin Xarici İşlər Nazirliyinin saytlarının ingilis dilində olan versiyalarında Məmmədyarov Azərbaycanın İİR-də yeni səfiri kimi təqdim edilib.
Belə ki, İran prezidentinin saytının ingilis dilli versiyasında yerləşdirilmiş rəsmi məlumatda bildirilir ki, prezident “Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib”. Daha sonra məlumatda deyilir: “Şənbə günü Tehranda Azərbaycan Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdikdən sonra doktor Həsən Ruhani deyib: “İran İslam Respublikasının hakimiyyəti Azərbaycanla qarşılıqlı maraq kəsb edən bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlıdır…” Azərbaycan Respublikasının Tehrandakı yeni səfiri Elmar Məmmədyarov həmçinin etimadnaməsini prezident Ruhaniyə təqdim edərək bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün heç bir maneə yoxdur”.
Bununla birlikdə, Azərbaycan Xarici İşlər Nazirliyinin saytının ingilis dilindəki versiyasında Məmmədyarovun Tehrana səfəri haqqında məlumatlarda o, səfir deyil, nazir kimi təqdim olunur.  (virtualaz.org)


Paylaş: