Şb. Okt 19th, 2019

Separatçılar Qarabağda azad iqtisadi zona yaradır

Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma qurum rəhbərinin mətbuat katibi David Babayan Qarabağda azad iqtisadi zonanın yaradılması barədə danışıb.

Turkustan.info xəbər verir ki, Feysbukda canlı yayımda çıxış edən Babayan bununla bağlı ona diasporadan müraciət edildiyini bildirib.

“Təbii ki, azad iqtisadi zona ölkə üçün çox vacibdir. Bununla bağlı birmənalı şəkildə düşünmək lazımdır. Ancaq ilk addım olaraq, əkinçilik parkları, kənd təsərrüfatının ənənəvi mühüm sahələrinin inkişafı üçün kəndlilərə və sahibkarlara imtiyazlı şərtlərin təqdim edilməsi barədə düşünmək olar. Azad iqtisadi zonalar ilk növbədə həmvətənlərimizin, daha sonra əcnəbilərin cəlb edilməsinə yönəldilməlidir”, – David Babayan söyləyib.

Paylaş: